Əsgər postda 5 əsgəri öldürüb 5-ni yaraladı..., bu dəfə Koreyada

22-06-2014, 11:01   
Əsgər postda 5 əsgəri öldürüb 5-ni yaraladı..., bu dəfə Koreyada
Cənubi Koreya ordusunun sıravi əsgəri Şimali Koreya ilə sərhəddəki postda növbə çəkərkən kütləvi qətliam törədib.

Virtualaz.org saytı xəbər verir ki, əsgər postda 5 əsgər yoldaşını güllələyərək öldürüb, daha 5 əsgəri isə yaralayıb.

Hadisə Konvando əyalətində baş verib. Ucqar dağlıq ərazidə yerləşən postda baş vermiş qırğının detalları və motivləri hələ məlum deyil.

Cənubi Koreyanın “Yonhap” agentliyinin məlumatına görə, əsgər silahını götürərək postdan qaçıb və gizlənib. Hazırda onun axtarışları gedir.

Qeyd edək ki, Cənubi Koreyada icbari hərbi xidmət mövcuddur və əsgərlik müddəti iki ildir. Orduya çağırılanların əksəriyyəti Şimali Koreya ilə sərhəddə xidmət keçir. Çağırış sistemi sayəsində Cənubi Koreya ordusunda 600 min əsgər xidmət edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.