Talibançılar Əfqanıstanın Nanqarxar əyalətinin inzibati mərkəzi- Cəlalabaddakı hava limanının ərazisində yerləşən NATO bazasına hücum ediblər.
ANS PRESS-in məlumatına görə, silahlılar bazanın ərazisinə səkkiz raket buraxıblar. Ölən və yaralananlar haqda məlumat verilmir.
Taliban qruplaşması 9 iyunda Beynəlxalq təhlükəsizlik güc birləşmələrinin Cəlalabadda yerləşən hərbi bazalarına hücum etmişdilər. Nəticədə 4 nəfər ölmüdü. Kamikadze o zaman minalanmış avtomobillə binanın darvazasında dayandıqdan sonra iki silahlı mühafizə olunan əraziyə daxıl olaraq atəş açmışdı. Hücumçular zərərsizləşdirilmişdi. Atışmanın gedişatında silahlılar 25 yük maşınını sıradan çıxarmışdılar.