Azərbaycanlı polisin qanunsuz hərəkəti

22-06-2014, 19:18   
Azərbaycanlı polisin qanunsuz hərəkəti
Bakl şəhərində sürücü “10-NA-281” dövlət nömrəli nişanın nömrəsini xüsusi yapşdırıcı lentlə “10-NA-201” nömrəsinə çevirib. Bəs çevirən kimdir? Təəccüblənəcəksiz! Bu, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, çavuş Abbas Abbasovdur.

ANS PRESS-in məlumatına görə, Bakı Yol Polisinin keçirdiyi reyd nəticəsində avtomobil cərimə meydançasına aparılıb. Bakı Şəhər yol polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov, kimliyindən asılı olmayaraq törətdiyi xətalara görə hər kəsin qanun qarşısında cavab verməli olacağını bildirib.

Nömrəsi dəyişdirildiyi üçün cərimə meydançasına gətirilən avtomobilin yan şüşələri də görməni məhdudlaşdırılan sənaye üsulu ilə hazırlanmayan jalyüz, eləcə də istifadəsinə qadağa qoyulan səs siqnalı da quraşdırıb.
[media=http://www.youtube.com/watch?v=_JkR5utjE-k]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.