Azərbaycan korrupsiya indeksinə görə 180 ölkə arasında 152-ci yerdədir

30-01-2019, 10:57   
 

Azərbaycan 2018-ci ilin korrupsiya indeksində 30 pillə geriləyərək, 180 ölkə arasında 152-ci yerdə qərarlaşıb.
Bu barədə Transparency International beynəlxalq şəffaflıq təşkilatının yanvarın 29-da açıqladığı Korrupsiyanı Qavrama İndeksində deyilir.
Təşkilatın öncəki illər ərzində dərc etdiyi hesabatlarda Azerbayca dünya ölkələri arasında 122-ci (2017), 123-cü (2016) və 119-cu (2015) yerdə idi.
Qurum irəliləyişi son 5 il ərzində Azərbaycanın Korrupsiyanı Qavrama İndeksi mövqeyində müsbət dinamika müşahidə olunduğunu, bir pillə irəliləyişi isə ölkədə korrupsiya ilə bağlı ümumi mənzərənin sabit qalmasıyla izah edirdi.
“Ötən il baş verənlər Qərbi Avropa və Avropa Birliyində korrupsiyanın olduğunu, Avropanın demokratik qurumlarında bəzilərinin korrupsiyaya necə uğradığını üzə çıxardı. Avropa Şurasının hazırladığı müstəqil hesabat Parlament Assambeyasının bəzi üzvlərinin Azərbaycanın beynəlxalq imicini cilalamağı hədəfləyən “Pulyuyan maşını” adlı pulyuma mexanizminin benefisiarları olduqlarını ortaya qoydu,” hesabatda deyilir.
Azərbaycan rəsmiləri bu gün açıqlanmış hesabata hələlik, münasibət açıqlamayıb. Ancaq ümumilikdə hakimiyyət təmsilçiləri ölkədə korrupsiyayla davamlı mübarizə aparıldığını bildirir. “Azərbaycanın pulyuyan maşını” mexanizmi ilə bağlı deyilənləri isə hakimiyyət indiyədək təkzib edib.
Transparency International təşkilatının hesabatında Azərbaycanın qonşuları Rusiya və İran 138-ci, Ermənistan 105-ci, Türkiyə 78-ci, Gürcüstan isə 41-ci pillədədirlər.
Bu indeks 13 sorğu və ekspert dəyərləndirməsi üzrə 180 ölkədə və ərazidə dövlət sektorunda korrupsiyanı ölçür. Ən yüksək səviyyədə korrupsiyalaşmış ölkələrə sıfır, ən təmizlərə isə 100 bal verilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.