Həsən Ruhanidən xəbərdarlıq

22-06-2014, 19:19   
Həsən Ruhanidən xəbərdarlıq
İran prezidenti Həsən Ruhani iyulun 1-də başlayacaq müqəddəs Ramazan ayı ərzində İraqda atəşkəs elan edilməsinə və sülhün bərqərar edilməsinə çağırış edib.

ANS TV-nin məlumatına görə, Tehranda keçirilən dini konfransda çıxışında Həsən Ruhani regionda terrorçulara dəstək verən ölkələr də mesajlar verib:

“Regionda terrorçulara neft pulları ilə kömək edənlərə demək istəyirəm ki, ehtiyatlı olun, sabah sizin də növbəniz çatacaq. Terrorçu qruplaşmalar sizin ölkələrinizdə də qeyri-sabitlik yaradacaq. Təəssüf ki, İraq Şam İslam Dövləti qruplaşması üzərində “Allahdan başqa Allah yoxdur” ifadəsi yazılan bir bayraqdan istifadə edir, əslində isə onlar Allaha itaət etmirlər, onlar Şeytana itaət edirlər”.
[media=http://www.youtube.com/watch?v=C5GaKMiaZRE]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.