Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev 2017-ci il avqustun 3-də Bakının Heydər Əliyev prospektində “Gelandewagen” markalı avtomobili ilə yol qəzası törədib.
Nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan ikisi Türkiyə vətəndaşları, Muttalib Tekiş və Songül Tekiş olub. Mutallib Tekişin qardaşı İdris Tekişin Meydan TV-yə verdiyi məlumata görə, hadisədən sonra Əli Həsənov və Nailin atası Elman Allahverdiyev yaralananların bütün xərclərini üzərlərinə götürməyə söz veriblər. Lakin bir müddət sonra bu yardım dayanıb və Türkiyə vətəndaşlarına da bildirilib ki, istəyirsiz məhkəməyə verin, artıq yardım edilməyəcək.
İdris Tekişin sözlərinə görə, əgər yardımlar davam etməsə, ailə üzvləri ayağa qalxa bilməyəcəklər.