Ərdoğan-Putin razılaşması arxivə atılır və... - Ankarada ŞOK EFFEKTİ YARADACAQ

8-02-2019, 16:45   
 

Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Verşınin Suriyanın İdlib vilayətində hərbi əməliyyatın keçirilməsi imkanını qiymətləndirib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, diplomatın sözlərinə görə, Rusiya bu vilayətdə terrorçuların konservləşməsini lazım hesab etmir.
“Biz, Suriya və başqa ölkələr həmişə deyirik ki, hardasa terrorizm mərkəzinin möhkəmlənməsi ilə barışmayacağıq. Xüsusən, bu gün pis tendensiya var, “An-Nüsra” Cəbhəsi və onun bazasında yaradılmış “Hayyat Tahrir aş-Şam” İdlib üzərində nəzarətini genişləndirirlər. Bu nəzarət demək olar ki, İdlibin bütün ərazisinə yayılıb. Bu, ən pis dəyişiklikdir. BMT və Rusiya bu qruplaşmaları terror qruplaşmaları hesab edir, onlarla, danışıqlar aparmaq, əlaqələr qurmaq mümkün deyil”, - o əlavə edib.
Verşınin sözlərinə görə, İdlibdə mümkün hərbi əməliyyat ən effektiv şəkildə aparılacaq.
Rusiyanın xarici işlər nazirinin müavini daha əvvəl bildirib ki, İdlib vilayətində Türkiyə və Rusiya arasında razılaşdırılan silahsızlaşdırılmış zona indiyə qədər işləməyə başlamayıb. Rusiya diplomatı Türkiyəni öz vədlərinin icrasını maksimum sürətləndirməyə çağırıb.
Xatırladaq ki, Soçidə sentyabrın 17-də Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqların nəticəsinə görə, iki ölkənin müdafiə nazirləri İdlibdə vəziyyətin sabitləşməsi haqqında memorandumu imzalayıblar və vilayətdə silahsızlaşdırılmış zonanın yaradılması barədə razılaşıblar.
Bu razılaşma ilə Türkiyə vilayətdə Rusiya və Suriya qüvvələrinin əməliyyat aparmasının qarşısını almış, Türkliyə istiqamətində növbəti qaçqın axınını əngəlləyə bilmişdi. Verşıninin bu bəyanatı isə İblibdə əməliyyatın anonsu hesab oluna bilər.
Qeyd edək ki, hazırda Soçi razılaşmasına uyğun olaraq Türkiyə İdlib vilayətində nəzarət-müşahidə məntəqələri qurub.
Ömər Dağlı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.