Rusiya Avropa İttifaqına xəbərdarlıq edib

11-02-2019, 09:39   
 

Rusiya Avropa İttifaqına “Şimal axını-2” qaz kəmərinin tikintisini əngəlləyə biləcək kəskin energetika qaydalarının qəbul edilməməsi barədə xəbərdarlıq edib.
Baltik dənizinin dibindən keçəcək bu kəmər Rusiya ilə Almaniyanı birləşdirməlidir.
“Avropa İttifaqı Rusiyanın qazını Ukrayna ərazisindən onların şərtləri, tarifləri və qeyri-müəyyən qanunları əsasında ötürməyə məcbur etmək və layihəni bununla əngəlləmək istəyirlərsə, bu layihə çətin ki, işləsin”, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin RİA Novosti-yə deyib.
Avropa İttifaqı ölkələrinin səfirləri bir gün əvvəl bu cür kəmərlərlə qaz verilməsinin tənzimlənməsində blokun qaydalarının genişləndirilməsi ilə bağlı yeni təklifi qəbul edib.
Berlin buna qarşı çıxsa da, Fransa bu məsələdə özünün siyasi təsirlərini işə salmaqla hədələdiyinə görə kompromisə getməli olub.
Razılaşmaya əsasən, Almaniyanın tənzimləyici orqanları “Şimal axını-2” kimi layihələrə nəzarət edəcək, amma son sözü Avropa İttifaqının tənzimləyiciləri deyəcək.
Ekspertlər deyirlər ki, yeni qaydalar işə düşdükdən sonra onlar Rusiyanın “Qazprom” şirkətini Avropa İttifaqının qaydalarına tabe edəcək və onun yeganə operator olmasına imkan verməyəcək.
“Şimal axını-2” kəməri demək olar ki, artıq çəkilmiş “Şimal axını-1” kəmərinin marşurutu üzrə uzanacaq.
Polşa və Ukrayna da daxil olmaqla, Şərqi Avropa ölkələri bu layihəyə qarşı çıxır. Çünki bu kəmər bu ölkələrdən yan keçir.
ABŞ hesab edir ki, bu layihə Rusiyanın Almaniya üzərində bir nəzarət formasıdır və Avropanın enerji təhlükəsizliyinə əngəldir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.