Putin Maduroya arxa çevirdi

18-02-2019, 09:43   

Venesuelanın Rusiyadakı neft pulları donduruldu

“Qazprombank” ABŞ-ın sanksiyalarına görə Venesuela Dövlət Neft Şirkətinin (PDVSA) hesabını dondurmaq qərarına gəlib.

Bu barədə Reuters agentliyi fevralın 17-də “Qazprombank”dakı mənbəəyə istinadla xəbər verib. Amma rəsmi bank hələlik məsələyə münasibət bildirməyib.

Reuters ayın əvvəllərində xəbər vermişdi ki, PDVSA şirkəti birgə müəssisələri, neft pullarını “Qazprombank”dakı hesaba köçürməyi məsləhət görüb.

Bank Venesuela şirkətinin onda hesabı olmasını təsdiqləmiş, amma bildirmişdi ki, bu hesab sanksiyalardan bir qədər əvvəl açılıb.

ABŞ-ın sanksiyalarında PDVSA şirkətinin bütün aktivlərinin dondurulması nəzərdə tutulur. ABŞ bəyan edib ki, sanksiyada məqsəd, Vaşinqtonun qeyri-leqitim saydığı Maduro hakimiyyətini neft gəlirlərindən məhrum etməkdir.

Qeyd edək ki, Vaşinqton həmçinin Venesuelanın Birləşmiş Ştatlardakı aktivlərini dondurub və ona nəzarəti müxalifət lideri Juan Guaido-ya verib.

Müxalifət lideri və parlamentin sədri Juan Guaido ötən ay özünü müvəqqəti ölkə başçısı elan edib və bundan sonra ABŞ, Kanada, bir sıra Latın Amerikası və Avropa Birliyi ölkələri onun legitimliyini qəbul ediblər.

Rusiya isə Venesuela böhranında prezidentliyini qorumağa çalışan Nicolas Maduronun tərəfini saxlayır və Birləşmiş Ştatları bu ölkənin daxili işlərinə qarışmaqda günahlandırır.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.