Elşad İsgəndərovun Türkiyəyə girişi qadağan olundu - Qərar

20-02-2019, 09:52   

Elşad İsgəndərovun Türkiyəyə girişi qadağan olundu

Xarici İşlər Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatı və İƏT qurumları ilə əməkdaşlığına məsul Xüsusi Tapşırıqlar üzrə Səfiri Elşad İsgəndərovun Türkiyəyə girişi qadağan olunub.

“Yeni Sabah” xəbər verir ki, buna səbəb səfirin iki ölkə arasındakı münasibətlərə kölgə salan fəaliyyəti olub. Xəbərə görə, yanvarın 15-də İƏT-nın toplantısında Azərbaycan və Türkiyə dostluğuna yaraşmayan məsələlər ortaya çıxıb. Tədbir zamanı adı açıqlanmayan xarici ölkə səfirlərindən biri şok açıqlama verib:

“Azərbaycan Xarici İşlər Nazirliyindən bir səlahiyyətli şəxs bizim ölkənin Bakıdakı səfirliyinə gələrək Türkiyənin onlara qarşı təxribat planlaşdırdığını deyib”.

Türkiyə mediası yazır ki, qaldırılan məsələ ilə bağlı Azərbaycanın Səudiyyə Ərəbistanında səfiri və İslam Əməkdaşlıq Təşkilatında daimi nümayəndəsi Şahin Abdullayev məsələni Azərbaycanda aidiyyatlı qurumlara məruzə edib.

Bundan sonra aparılan araşdırmalar nəticəsində həmin şəxsin Elşad İsgəndərov olduğu ortaya çıxıb. Buna görə də, onun Türkiyəyə səyahəti və girişi qadağan olunub.

Reyting.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.