Pentaqon məxfi plan hazırladı: Rusiya məhv ediləcək

23-02-2019, 10:08   

 


   
ABŞ Müdafiə Nazirliyi Rusiya və Çinə qarşı hərbi fəaliyyətlərin aparılması üçün yeni strategiya hazırlayır. Yeni strategiyanın özəlliyi düşmənin ərazisinə gizli müdaxiləni nəzərdə tutur.
Axar.az xəbər verir ki, bunu Brukinq Tədqiqatlar İnstitutunda çıxışı zamanı ABŞ Hərbi Hava Qüvvələrinin Qərargah rəisi general Devid Qoldfayn deyib. Onun sözlərinə görə, yeni strategiyanın hazırlanması Rusiya və Çin tərəfindən yaranan təhdidlərə cavab olaraq başladılıb.
O, bu strategiyanın hazırlanması prosesinin 1 il çəkəcəyini və xərclərin ümumilikdə 135 milyard dollar təşkil edəcəyini bildirib. Qoldfayn yeni strategiyanın reallaşdırılması üçün bütün növ ABŞ hərbçilərindən istifadə ediləcəyini, xüsusilə, F-35 qırıcılarının bu işə cəlb ediləcəyini vurğulayıb:
“Yeni strategiya ideyası düşmənin zəif nöqtələrinə zərbə endirərək, güclü tərəfləri ilə toqquşmadan qaçmaqdır. Bu, mədəni və texniki planda edilən fundamental dəyişikliklərdir. Yeni strategiya ABŞ hərbçilərinə düşmən qarşısında assimetrik üstünlük qazandıracaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.