Rusiya “Sirkon”larla ABŞ-da vuracağı hədəfləri artıq müəyyənləşdirib

25-02-2019, 09:24   


Rusiyanın “Rossiya-1” kanalı “Vesti nedeli” proqramında ABŞ-la mümkün münaqişənin baş verməsi halında “Sirkon” tipli qitələrarası raket komlpleksinin beş əsas hədəfini müəyylənləşdirildiyini xəbər edib. 

Həmin obyektlər isə ABŞ rəhbərliyinin strateji qərarları qəbul etdiyi mərkəzlər hesab olunur.

İlk olaraq ABŞ-ın şərq sahillərində 3 yerə zərbə endiriləcək. 

Bunlar Vaşinqtonda, Silahlı qüvvələrinin ən ali orqanlarının, habelə Qərargah rəisləri komitəsinin yerləşdiyi Pentaqonun (Müdafiə nazirliyi) mərkəzi binası, Kemp-Deviddəki hökumət idarə məntəqəsi, Merilend ştatındakı ABŞ prezidentinin idarə qərargahının və Qərargah rəisləri komitəsinin mərkəzinin olduğu obyektlərdir.

İki hədəf isə Qərb sahilində yerləşir. Bunlar Strateji hücum qüvvələrinin idarə edildiyi Kaliforniya ştatındakı Mak-Klellan və Nüvə qüvvələrinin idarə qərargahının olduğu Cim-Krik mərkəzləridir.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində “Sirkon” tipli hipersəsli dəniz raketlərinin xarakterik xüsusiyyətlərindən bəzi detalları açıqlamışdı. Onun sözlərinə görə, bu raketlər Yer səthində saniyədə 3 kliometr sürətlə uçaraq 1000 kilometrdən çox məsafədə hərəkət edə bilir.

Bundan başqa Rusiya lideri ABŞ-ın Avropada raketlər yerləşdirməsi halında ölkəsinin assimetrik tədbirlər görməyə məcbur qalacağını bildirmişdi.

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.