ABŞ Türkiyəyə qarşı hərəkətə keçdi! Türkiyəsiz Suriya modeli - ANALİZ

26-02-2019, 09:55   



ABŞ-ın Suriyadan çəkilmə qərarından sonra Fəratın şərqindəki qeyri-müəyyənlik davam edərkən meydançadakı güclərin mövqe almaq yarışı, PKK/PYD-yə "qalxan olma” səyləri davam edir. PKK/PYD-yə qoruma təmin etmək üçün ABŞ, Münbiç və Fəratın şərqi üçün Türk əsgərinin qədəm qoymayacağı modellər axtarışındadır. Bu kontekstdə Rusiya da təhlükəsiz bölgə planlarına daxil olub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov PKK/PYD-yə Tel Rifat-da qoruma təmin etməyi təklif edib. Lavrov regiona Rus hərbi polis qüvvələrinin yerləşdirilə biləcəyini deyib.
 
ABŞ Fəratın şərqində, hazırda Süleyman Şah Türbəsinin daşınması gözlənilən Karakozakdakı Türkiyə torpaqlarına da Türk ordusunun girişinə maneçilik törətmək istəyir. ABŞ terror dəhlizini möhkəmləndirəcək tədbirləri yönləndirə bilməsi üçün bir Ərəb gücü və ya BMT gücünün bölgədə yerləşdirilməsini planlaşdırırkən, Rusiya isə Türkiyəni Əsəd rejimilə masaya oturtmağa razı salmağa çalışır. Hərbi və diplomatik qaynaqlar Türkiyə üçün Suriyanın şimali və buradakı terrorçu varlığının bir təhlükəsizlik problemi olduğunu bildirərək Türk əsgərinin daxil olmadığı heç bir modelin Türkiyənin narahatlıqlarını  yox etməyəcəyinə.
 
LAVROVDAN MARAQLI ÇIXIŞ
 
 Türkiyə ilə Amerika arasında Suriyadan çəkilmə koordinasiya işləri davam edərkən, Rusiyadan maraqlı bir açıqlama verilib. Rusiyanın xarici işlər naziri Lavrov Suriya-Türkiyə sərhədində yaradılması planlaşdırılan təhlükəsiz bölgəyə rus hərbi polis qüvvələrinin yerləşdirilə biləcəyini deyib. Lavrov Adana Razılaşmasını xatırladaraq "tampon bölgə”yə işarə edib, eyni zamanda PKK/PYD-yə yönəlik “hansı kürdlərin terrorçu sayılması məsələsində ortaq bir anlayışa varılmalıdır" deməklə, dolayısı ilə PYD-nin bir terrorçu qrup olmadığına vurğu edib. Bu açıqlama Rusiyanın YPG terror təşkilatının təşkil etdiyi SDG-ni konstitusiya komissiyasına daxil etmək səyi kimi şərh olunub.
 
“HEÇ BİRİNƏ SƏRF ETMİR”
 
 PKK/PYD ilə əlaqələri kəsməyən ABŞ Fəratın şərqindəki planlaşdırmasını hələ də dəqiqləşdirməyib. ABŞ müəyyən sayda əsgər qoyaraq bölgəyə Ərəb, ya da BMT gücü kimi öz maraqları çərçivəsində bir qüvvə yerləşdirməyi planlaşdırır. ABŞ Müdafiə Nazirinin vəkili Patrik Şanahan da Münbiçdə Türk əsgərinin olmayacağını, tamamilə yerli əhalidən ibarət olan bir planlama içində olduqlarını açıqlayıb. ABŞ çəkilərkən müttəfiqi PKK/PYD-ni də təminat altına almaq istəyərkən, Türkiyəni də regiona buraxmamaq təlaşında görünür. Son vəziyyət Süleyman Şah Türbəsinin əsl yeri olan Karakozakdakı Türkiyə torpağına belə Türk əsgərini buraxmamaq səylərinə işarə edir.
 
REJİM QAÇQINLARIN QAYIDIŞINA QARŞIDIR
 
 Əsəd rejimi də ölkəni tərk etmiş qaçqınların geri qayıtmasını istəmir. Rejim ona müxalif olan bu insanların qayıtmaması üçün səylərini artırarkən, Rusiyanın son açıqlamaları da Əsədin bu narahatlıqlarına yönəlik edilən planlaşdırmalara işarə edir. Hazırda Moskvada ofisi olan PKK-nı Rusiya uzun bir müddətdir Tel Rifat bölgəsində qoruyur. Rusiya bu səyi Fəratın şərqində da davam etdirəcəyinə dair verdiyi mesajlarla terrorçu təşkilatı yanına çəkməyə çalışır.
 
ƏSƏD REJİMİ MASAYA OTURTMAQ SƏYİ
 
Rusiya və ABŞ dəstəkli terrorçu ünsürlər yolu ilə Türkiyə bir tərəfdən də İdlibdə sıxışdırılır. Rusiya bir tərəfdən Adana Anlaşması ritorikaları, bir tərəfdən də Suriya şimalına yönəlik açıqlamaları ilə Türkiyəni Əsəd rejimi eyni masaya oturtmağa çalışır. Prezident Ərdoğanın son açıqladığı "Adana Anlaşması bizə terrorçuları sonuna qədər təqib etmək imkanı verir. Əsəd rejiminə haqq etmədiyi bir legitimliyi verə bilmərik" sözləri də Rusiyanın bu təzyiqinə dəqiq bir mesaj kimi görünür.
 
Türkiyəsiz həll olmaz
 
 Hərbi və diplomatik qaynaqlar Türkiyənin mənfəətini təmin edən yeganə formulun Türkiyənin təşəbbüsündə yerli ünsürlərin torpaqlarına geri qaytarıldığı və təhlükəsizliyin Türkiyə nəzarətində olduğu model olduğuna işarə edir. Suriyanın şimalı ilə yeganə qonşu ölkə olan Türkiyənin daxil olmadığı heç bir formulun səmimi həll təklif etməyəcəyini, Türk əsgərinin regionda varlığının qaçılmaz olduğunu vurğulayan mənbələr, "Münbiç və Fəratın şərqi boyunca yaradılması lazım olan model, Azez, Cerablus, Əl Bab və Afrində qurulan sistem olmalıdır. Regiona əsl sahibləri qayıtmalıdır. Heç bir xarici ünsürün buraya girməməsi lazımdır. Bu, PKK/PYD-yə hər cür dəstək verən Əsəd rejimi, Rusiya, İran, BMT üzvü olan Avropa ölkələri və Ərəb ölkələrinə də aiddir. Bu ölkələr də burada olsa, Türkiyənin təhlükəsizlik problemi həll olmayacaq" deyə bildiriblər.
Müxalifət.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.