TRAMPIN MADURONU DEVİRMƏK CƏHDİ – “Latın Amerikasına müdaxilənin uzun tarixinin davamıdır”

2-03-2019, 09:24   
 

Bu yaxınlardakı çıxışında ABŞ prezidenti Donald Tramp Nikolas Maduronu dəstəkləməkdə olan hərbçilərin ünvanına sərt xəbərdarlıq edib: “Maduronu dəstəkləyənlər təhlükəsiz yer və asan çıxış yolu tapa bilməyəcəklər – siz hər şeyi itirəcəksiniz!”
Ağ Ev bildirir ki, bütün tərəflərin iştirakı ilə Maduronu prezident postundan götürmək üçün dinc üsul axtarır, lakin buna baxmayaraq, hərbi müdaxilənin mümkünlüyünü göstərən bütün varinatlar da gözdən keçirilir.
Vaşinqtonun Venesuela liderini inadla devirmək cəhdi hətta Maduronun bəzi düşmənlərini də narahat edir və bunun səbəbi ABŞ-ın regiona müdaxiləsinin uzun tarixi ilə bağlıdır.
Meksikalı tarixçi Enrike Krauzenun dediyi kimi, “bu uzun tarix öz başlanğıcını Meksikadan götür”. XIX əsrin ortalarında başlamış iki illik amansız Amerika-Meksika müharibəsi Meksikanın məğlubiyyəti ilə qurtarıb. Krauzenin qeyd etdiyi kimi, Meksika ərazisinin yarısını oğurladılar.
Krauze bildirib: “Elə bir ölkə yada salmaq olmaz ki, ABŞ onun daxili işlərinə müdaxilə etməsin”.
- Yüz il ərzində 40-dan çox rejim dəyişikliyi
Tarixçi Con Koutsvort deyib ki, keçən yüz il ərzində ABŞ birbaşa və ya dolayı yolla Latın Amerikası ölkələrində 40-dan artıq rejim dəyişikliyində iştirak edib. Biz hələ Kubadakı uğursuz tapşırığı nəzərə almırıq.
ABŞ-ın ən təcavüzkar müdaxilələri siyahısında demokratik yolla seçilmiş Qvatemala hökumətinin 1954-cü ildə, bundan 10 il sonra Braziliyada və sonra isə 1973-cü ildə Çilidəki Alyende hökumətinin devrilməsi də yer alır. Çili prezidenti Salvador Alyende Mərkəzi Kəşfiyyat İdarəsinin köməyi ilə təşkil olunmuş zorakı dövlət çevrilişi ilə öz postundan məhrum olmuşdu. Onun yerinə hakimiyyətə gəlmiş diktator Auqusto Pinoçet uzun müddət ərzində ABŞ tərəfindən dəstəklənmişdi.
Bütün bunlarla yanaşı ABŞ müxalif hərəkatlara gizli yardımlar göstərib. Amerika bir neçə dəfə açıq şəkildə qonşu dövlətlərin ərazisinə müdaxilə edib. Məsələn, ABŞ 1916-cı ildə Dominikan Respublikasına, 1983-cü ildə Qrenadaya və 1989-cu ildə Panamaya hərbi qüvvə yeridib.
Müdaxilələrin motivləri müxtəlif olub və onların əksəriyyəti indi də qızğın mübahisə yaradır. Harvard Universiteti tərəfindən nəşr edilən “ReVista” jurnalında Koutsvort yazır: “Göründüyü kimi, amerikalıları müdaxilə qərarına sürükləyən iki əsas faktor var: daxili siyasət və qlobal strategiya”. Hərbi müdaxilələlərin böyük hissəsi ABŞ və SSRİ-nin dünyada təsir uğrunda rəqabət apardığı dövrdə baş verib. Amma hər halda Amerika liderləri öz ölkələri daxilində siyasi dəstək almağa çalışıblar.
Lakin bu yaxınlarda qızğın mübahisələrə mövzu olan əsas məsələlərdən biri də 1980-ci illərdə Mərkəzi Amerikadakı vətəndaş müharibələrində ABŞ-ın oynadığı roldur. Bunların içərisində Salvadordakı “Ölüm eskadronuna” və Nikaraquadakı “Kontras” hərəkatına göstərilən dəstəkdir.
Tramp administrasiyasının Venesueladakı xüsusi səfiri Elliot Abrams konqresdən “İran-Kontras” qalmaqalı ilə bağlı məlumatın gizlədilməsində günahkar bilinib məhkəmə qarşısına çıxmışdı, amma sonradan ata Corc Buş onu əfv etmişdi. Bu yaxınlarda ABŞ konqresinin üzvləri Abramsın üzərinə suallar yağdırararaq, onun həqiqəti söyləyəcəyinə şübhə ediblər.
Belə iddia edilir ki, 2002-ci ildə ABŞ hökuməti Venesuelanın o zamankı prezidenti Uqo Çavesə qarşı baş tutmayan çevrilişi öncədən bilirmiş, hərçənd ki, Corc Buş administrasiyası bunda əlinin olduğunu inkar edir. Həmin vaxt Elliot Abrams Ağ Evdə yüksək vəzifə tuturdu.
- Riskli fənd
Tarixçı Krauze deyir ki, bu gün dünya Venesuela xalqının “ləng genosidi” kimi meydana gələn humanitar böhranın qarşısını almağa çalışır.
Keçmişdə Venesuela Latın Amerikasının ən varlı ölkəsi sayılırdı və onun ərazisində ən böyük neft yataqları var. Maduronun fəaliyyəti nəticəsində ölkədə hiperinflyasiya, cinayətkarlığın artışı, aclıq, dərman preparatları və ən zəruri tələbat mallarının qıtlığı meydana gəlib. Elə məhz buna görə əksər dünya liderləri, analitikləri və hüquq müdafiəçiləri Maduronu ittiham edirlər.
ABŞ və digər 50 ölkə Venesuelanın parlament lideri Xuan Quaydonu legitim prezident kimi tanıdıqlarını bəyan ediblər. Keçən həftə Maduro administrasiyası bildirib ki, Çin və Rusiya daxil olmaqla, onu da bu qədər ölkə dəstəkləyir. Latın Amerikasının əksər ölkələri Quaydonu müdafiə edirlər. Meksika hökuməti bəyan edir ki, onlar neytrallıqlarını saxlayırlar və hər iki tərəfi dialoqa başlamağa çağırırlar.
Keçən il Trampla aralarındakı fikir ayrılığına görə ABŞ-ın Panama səfirliyindən gedən Con Fili deyib: Hal-hazırda ABŞ riskli bir fənd yerinə yetirməyə cəhd göstərir. Venesuelada dəyişiklik hərəkatına ABŞ-ın başçılıq etdiyi təəssüratı yaranmamalıdır”.
Meksikanın keçmiş xarici işlər naziri Xorxe Kastanyeda ABŞ-a xəbərdarlıq edir ki, onlar Maduronun devrilməsində öz üzərlərinə hədsiz böyük rol götürməsinlər. Maduronu Boliviya, Kuba, Salvador və Nikaraqua dəstəkləyir, ancaq Kastanyeda ehtiyat edir ki, ABŞ-ın aktiv iştirakı Maduronun müdafiəsinə daha çox Latın Amerikası ölkəsini qaldıra bilər.
Kastanyeda deyib: “Burada söhbət ABŞ-ın öz üzərinə məxfi lider rolu götürməməsindən getmir. Onlar sadəcə olaraq lider rolunu öz üzərlərinə götürməməlidirlər. ABŞ nə az-nə çox, indi etdiklərini etməlidir”.
Şimalı Kaliforniya Universitetinin professoru Qreq Weeks məsələ ilə əlaqədar bildirib: “Siz vəziyyəti daha çox amerikanlaşdırdıqca, sadə venesuelalılar üçün nəticələr daha pis olacaq. Bu, indiki hakimiyyətin yerinə gələcək hökumətin mövqeyini də ciddi şəkildə korlayır və silahlı üsyan ehtimalını artırır. Tramp yenidən seçilmək üçün mübarizə aparacağına görə, Maduronu devirməyə çalışan ABŞ prezidentinin daxili siyasəti bu məsələdə ən mühüm faktorlardan biridir”.
Keçmiş səfir Con Fili ümid edir ki, Tramp diplomatik yol tutacaq. C.Fili deyib: “ABŞ-ın Venesuelanın işlərinə müdaxiləsi regionda əldə olunmuş tərəqqini heçə endirəcək. Mən hesab edirəm ki, ABŞ-ın Latın Amerikasında son 25 il ərzində həyata keçirdiyi siyasət, ticarət müqavilələrindən və xalq diplomatiyasından tutmuş, həmin ənənələrdən imtina edilməsinə qədər, çox uzun bir yol keçib”.
(“National Public Radio”-ABŞ)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.