ABŞ-dan Paşinyana SENSASİON ÇAĞIRIŞ: Əraziləri Azərbaycana qaytar, onlara cinayət işi aç

4-03-2019, 11:04   
 
ABŞ-dan Ermənistanın baş naziri Nikol Paşinyana işğal altındakı əraziləri Azərbaycana qaytarmaq çağırışı edilib.

Publika.az
 xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) məsləhətçisi, amerikalı politoloq Ray Salvatore Cenninqs Paşinyana Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimə qarşı cinayət işini açmağa çağırıb.

Amerikalı politoloq qeyd edib ki, Qarabağda qalaqurma Paşinyana danışıqlar masasında elastiklik imkanı verəcək.

“Ermənistan rəhbərliyi Qarabağdakı qüvvələri oyundan kənarlaşdırmalı və onlara qarşı cinayət işi açmalıdır. Qarabağda qalaqurma siyasəti Ermənistan rəhbərliyinə münaqişənin həlli üçün müzakirələrin aparıldığı danışıqlar masasında elastiklik imkanı tanıyacaq. Paşinyan müəyyən addımları atdı, artıq etibarın möhkəmləndirilməsi mexanizmlərinin reallaşdırılmasına hazırlıq haqqında danışırlar”, - deyə Cenninqs vurğulayıb.

Onun fikrincə, bu addımlar Paşinyana müəyyən dividendlər gətirəcək: “Ərazilərin qaytarılması Ermənistanın xeyrinə olacaq. Azərbaycan bunun qarşılığında Ermənistana bir sıra beynəlxalq təşəbbüslərə, misal üçün Bakı-Tbilisi-Qars dəmiryoluna qoşulmaq icazəsi verəcək. Bundan başqa, ABŞ-ın Ermənistanın yeni hökumətinə etibarının möhkəmlənməsi onun “Şərq və Qərb” arasında öz münasibətlərinin tənzimlənməsindən asılı olacaq”.

Asif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.