Qarabağda MÜHARİBƏ ANONSU, dünyanın qorxduğu SSENARİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

5-03-2019, 09:36   

Qarabağda MÜHARİBƏ ANONSU, dünyanın qorxduğu SSENARİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

23Shares
 Share
 Tweet
 Share
 Share

ABŞ-dan Ermənistanın baş naziri Nikol Paşinyana işğal altındakı əraziləri Azərbaycana qaytarmaq çağırışı edilib. İran Tehranın Ermənistan və Azərbaycanla münasibətlərini Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirmək istəmir. Tehran İranın nüvə proqramı üzrə Birgə hərtərəfli iş Planı (SVPD) çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə davam edir. Hindistan və Pakistan hərbçiləri bazar ertəsi Kəşmir regionunda bir-birinin mövqelərini atəş tutublar. Vladimir Putin Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilənin icrasının dayandırılması barədə fərmanı imzalayıb. ABŞ Prezidenti Donald Tramp Rusiyanın 2016-cı ildə keçirilən seçkilərə müdaxiləsi ilə bağlı istintaq işində ədalətin öz yerini tapmasına əngəl törədibsə, o, istefaya göndərilə bilər.

ABŞ-dan Ermənistanın baş naziri Nikol Paşinyana işğal altındakı əraziləri Azərbaycana qaytarmaq çağırışı edilib. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) məsləhətçisi, amerikalı politoloq Ray Salvatore Cenninqs Paşinyana Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimə qarşı cinayət işini açmağa çağırıb.

Amerikalı politoloq qeyd edib ki, Qarabağda qalaqurma Paşinyana danışıqlar masasında elastiklik imkanı verəcək.

Erməni siyasi şərhçi Aram Amatuni də yazır ki, İrəvan danışıqlar yolunu bağlayır və müharibə qapısını açır.

Ermənistan Baş naziri Nikol Paşinyan hər yolla Qarabağ probleminin həlli ilə bağlı danışıqlar aparması faktını gizlətməyə çalışır.Bunu “168 Jam” qəzetinə müsahibəsində Ermənistanın eks-prezidenti Robert Koçaryan deyib.

İran Tehranın Ermənistan və Azərbaycanla münasibətlərini Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirmək istəmir. Bunu “Mehr” agentliyinə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Kasemi bildirib.

Suriyada İran və Rusiya arasında ciddi qarşıdurma yaşanır. İran Bəşər Əsədi, Rusiya isə hərbi baxımdan general Həsən Sühayli dəstəkləyir. Bu iddia ilə Türkiyənin “Haber7.com” saytının yazarı Taha Dağlı “Rusiya Əsədin üstündən xətt çəkdimi?” başlıqlı yazısında çıxış edib.

Tehran İranın nüvə proqramı üzrə Birgə hərtərəfli iş Planı (SVPD) çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə davam edir. Bu haqda Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Yukiya Amano bildirib.

“İran Birgə hərtərəfli iş Planına əsasən, nüvə proqramı çərçivəsində öhdəliklərini yerinə yetirir. Əhəmiyyətlidir ki, İran bu öhdəlikləri tamamilə yerinə yetirməyə davam etsin”, - o, MAQATE-nin Şura İclasında deyib.

ABŞ Prezidenti Donald Tramp Rusiyanın 2016-cı ildə keçirilən seçkilərə müdaxiləsi ilə bağlı istintaq işində ədalətin öz yerini tapmasına əngəl törədibsə, o, istefaya göndərilə bilər. Bu sözləri ABŞ Nümayəndələr Palatasının Ədalət Komitəsinin sədri Cerold Nadler deyib.

"Mən Trampın həqiqətin üzə çıxmasına əngəl törətdiyini düşünürəm. Lakin onun ABŞ prezidentliyi vəzifəsindən uzaqlaşdırılması çox uzun prosesdir", - Nadler bildirib.

Rusiya prezidenti Vladimir Putin Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilənin icrasının dayandırılması barədə fərmanı imzalayıb. Bu haqda Kremlin saytında bildirilir.

Çinin raketləri Rusiyanı hədələyir, bununla əlaqədar olaraq Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləyə Çini daxil etmək lazımdır. Bu sözləri Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen “Focus” jurnalına müsahibəsində bildirib.

“Rusiya Çini silahsızlaşdırma haqqında müqaviləyə cəlb etməkdə maraqlı olmalıdır. Çünki Rusiya raketləri Avropa üçün təhlükə təşkil etdiyi kimi, Çin raketləri də Rusiya üçün təhlükədir”, - o deyib.

Fevralın 6-da ABŞ prezidenti Donald Tramp Konqresə illik müraciətində qeyd edib ki, ABŞ Çini Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləyə daxil edərək yeni razılaşmanı imzalaya bilər.

Hindistan və Pakistan hərbçiləri bazar ertəsi Kəşmir regionunda bir-birinin mövqelərini atəş tutublar.

Krımın statusu məsələsi Qərb ölkələrində müzakirə mövzusundan çıxır. Beynəlxalq ictimaiyyət yeni Rusiya regionunun inteqrasiya prosesinin dönməz olduğunu anlayır. Bu sözləri alman siyasətçi, Kvakenbrük (Almaniyada şəhər) məclisində sol fraksiyanın rəhbəri Andreas Maurer deyib.

“Ukraynanın hazırki siyasətçilərinin Krımın geri qaytarılması ilə bağlı açıqlamaları Qərbdə artıq ciddi qəbul edilmir. Bunun mümkünsüz olduğunu anlayırlar”, - deyə siyasətçi bildirib.

Donetsk və Luqansk vilayətlərini qaytarmaq yalnız bir şərtlə mümkündür: Rusiya öz müstəqilliyini elan etmiş respublikalarla gələcək siyasi razılaşmaların icrasının zamini olmalıdır. Bu haqda Ali Radanın deputatı, Ukrayna prezidentliyinə namizəd Yuriy Boyko bildirib.

Boykonun sözlərinə görə, beynəlxalq cəmiyyət “xalq respublikaları” ilə birbaşa danışıqlar aparmalıdır, çünki onlar ərazi münaqişəsinin birbaşa iştirakçılarıdır.\\Publika

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.