PUTİN ABŞ PREZİDENTİNİN REZİDENSİYASINI VURMAQLA HƏDƏLƏYİR! – Yeni raketin hədəfləri açıqlanıb

7-03-2019, 11:47   

 


“”Çirkon” raketi Qərbin güman etdiyindən də ölümcül və sürətlidir”


Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, “Çirkon” raketi artıq 2019-cu ildə silahlı qüvvələrin döyüş cərgəsinə qəbul olunacaq. “Çirkon” yeni silah növlərinin bütöv armadasına daxildir və bununla Moskva ABŞ-da ciddi təəsürat yaratmaq istəyir. Kremlin çoxsaylı silah layihələrindən fərqli olaraq “Çirkon” üzərindəki iş dəqiq qrafik üzrə gedir.
Yeni raket digərlərinə nisbətən daha yüksək manevr qabiliyyətinə malik olmaqla, həm də onlardan əhəmiyyətli dərəcədə daha sürətlidirlər. “Çirkon” səsdən sürətli silahdır. Putin bildirib ki, bu raketin səs sürətindən doqquz dəfə daha sürətli üçmaq qabiliyyəti var və onun sürəti saatda 11 min kilometrdir. Bundan başqa raketin fəaliyyət radiusu 1000 kilometrə bərabərdir.
Bu Rusiyanın “TASS” informasiya agentliyinin 2016-cı ildə “Çirkon” barəsində verdiyi məlumatlara uyğun gəlir, lakin bu göstəricilər Qərb ekspertlərinin dəyərləndirməsindən yüksəkdir. Onlar hesab edirdilər ki, “Çirkon”un sürəti saatda 6000 kilometr, hədəfi vurma məsafəsi isə 500 kilometrə yaxın olacaq.
- Hava Hücumundan Müdafiə sisteminin reaksiyası üçün çox sürətli raket
Almaniyanın “Stern” nəşri “Çirkon”a həsr etdiyi məqaləsində qeyd edir ki, belə sürətli raketi yaxalamaq mümkün deyil. Hava Hücumundan Müdafiə (HHM) sistemləri bu raketi saxlaya bilməzlər. Həm də onun uçuşuna reaksiya vermək zamanı da daralır.
Üç dəqiqə ərzində “Çirkon” 600 kilometr məsafə qət edir. Bu cür sistemə qarşı effektiv zərbəni yalnız elektron sistemli HHM və lazer silahı vasitəsilə vurmaq olar. Amma hər halda bu raketin uçuşunu reallaşdırmaq üçün xeyli texniki çətinliklər mövcuddur. Burada söhbət təkcə sürətdən getmir. Raketin gövdəsinin titrəyişdən əriməməsi üçün o plazma “buludunda” hərəkət etməklə yanaşı eyni zamanda da manevr qabiliyyətini saxlamalıdır.
Putinin sözlərinə görə, “Çirkon” sualtı qayıqlarda və gəmilərdə yerləşdirilməlidir. O, həmçinin deyib ki, “Kalibr” tipli qanadlı raketlərin buraxılışı üçün istifadə edilən “3C14” universal gəmi atıcı komleksindən istifadə edildiyindən gəmilərin yeni raketlərlə təchizi çox xərc tələb etməyəcək. Amma Putin yerüstü komlekslər barəsində heç nə söyləməyib. Hələlik söyləməyib.
Lakin “Qısa və orta mənzilli raketlərin ləğvi” Müqaviləsinin pozulmasından sonra yəqin ki, bu raketlərin dənizdə bazalaşmasının ardından onların quruda yerləşdirilməsi versiyası da həyata keçiriləcək.
“J’anes Defence Weekly” nəşrinin icmalçısı Tim Riplin hələ 2016-cı ildə demişdi:“Çirkon” raketi Qərb silahlı qüvvələrinin ona qarşı zərbə vurmaq zamanını xeyli azaldıb. Həmçinin ABŞ da müvafiq silah hazırlayacaq. Əgər hər hansı bir məxfi layihə olmayacaqsa, onda Qərb bu tip silhlar məsələsində Çin və Rusiyadan geri qalacaq. “Çirkon” texnologiyası köməksiz rəqibə qarşı gözlənilməz hücum etməyə imkan verir. ”Çirkon”dan gəmilər əleyhinə raket kimi istifadə olunması nəzərdə tutulan variantlardan yalnız biridir. ABŞ-ın Əfqanıstan, İraq və Serbiyada həyata keçirdiyi əməliyyatlarda olduğu kimi Qərbi Avropanın hədəfləri də bu cür vurula bilər. Bu dəfə Qərb aciz Taliban rolunda olacaq. ”Çirkon” raketləri Rusiyaya xeyli üstünlüklər verir”.
- Havadan zərbə vurulması versiyası

Rusiya KİV-ləri bildirirlər ki, dənizdə bazalaşma variantı ilə yanaşı, ”Çirkon” raketinin təyyarədən buraxılacaq daha yüngül versiyası da meydana çıxacaq. ”Çirkon” keçən il silahlı qüvvələrin döyüş cərgəsinə qəbul edilmiş “Kinjal” hipersəs raketi ilə birlikdə güc nümayiş etdirəcəklər. ”Kinjal” raketi MiG-31 qırıcı təyyarəsindən buraxılır. Bunlara paralel olaraq “Tu-22M3M” bombardmançı təyyarəsi üçün analoji konstruksiyadan olan daha bir raket də hazırlanır.
Bu cür raketlərin təyyarədən buraxılması zamanı təyyarənin uzaq məsafəyə uçuşu sayəsində raketin də uçuş məsafəsi artır. Havada istifadə olunan belə tip silahlar əsasən ABŞ aviadaşıyanlar qrupuna qarşı yönəlir. Hipersəs silahlar xüsusi olaraq aviadaşıyanların məhv edilməsi üçün hazırlanıblar.
- Dövlət televiziyasında təhdid nümayişi
Putinin bəyanatından sonra Rusiya dövlət televiziyasında “Çirkon” raketinin mümkün hədəfləri təqdim edilib. Buraya ABŞ prezidentinin Kemp-Deviddəki rezidensiyası və Pentaqon da daxildir. Tanınmış teleaparıcı Dmitri Kiselyov deyib ki, əgər hipersəs raketi sualtı qayıqdan buraxılarsa, onda o öz hədəfinə beş dəqiqədən az müddətə çata bilər. Kontr-admiral Vsevold Xmırov “TASS” agentlyinə bildirib ki, Rusiya Atlantik və Sakit okeanda fəaliyyət göstərən iki donanmanın gəmilərini “Çirkon” raketləri ilə təchiz edəcək. Burada söhbət 40 raket daşıyacaq iki-üç gəmidən gedir.
V.Nəsibov
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.