ABŞ KƏŞFİYYATI PUTİNİN GƏLİRLƏRİNİ ARAŞDIRACAQ! – Nümayəndər palatası tapşırıq verdi
14-03-2019, 08:37
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Nümayəndələr Palatası Rusiya Federasiyasının (RF) prezidenti Vladimir Putinə və Rusiya hakimiyyətinə qarşı istiqamətli üç qanun layihəsini bəyənib(«AP»). Bütün sənədlər Respublikaçılar partiyasının nümayəndələri tərəfindən praktiki olaraq, yekdilliklə dəstəklənib. Onların içərisində biri xüsusilə diqqəti çəkir – Prezident Putinin gəlirlərinin açıqlanmasını Milli Kəşfiyyata tapşırır. Vladimir Putinin şəxsi kapitalı və aktivləri barədə açıq hesabat sənədin qəbulundan sonra 180 gün ərzində hazırlanmalıdır. Araşdırmalar zamanı əsas aksent guya prezidentin hər-hansı informasiyanı gizlətdiyi «yalançı» və ya vasitəçi strukturların axtarılmasına yönəldilməlidir. Bundan başqa, bəyənilmiş qanunverici təşəbbüslər Rusiyanın Krım üzərində suverenliyinin tanınmasına qadağa qoyulmasını və «Rusiyanın təbliğat kampaniyaları»na qarşı durmağı nəzərdə tutur. Bundan başqa, palata nümayəndələri Rusiyanın müxalifət lideriBoris Nemtsovunöldürülməsində (27 fevral 2015) günahkar şəxslərin məsuliyyətə cəlb olunması tələbi ilə çıxış ediblər. Uyğun qətnamə «Qlobal Maqnitski qanunu» çərçivəsində ABŞ-ın maliyyə nazirinin və dövlət katibinin üzərinə öhdəlik qoyur ki, qətllə əlaqəli sayılan şəxslərə yönəlik sanksiyalar tətbiq etsinlər. Günahkar şəxslərin məsuliyyətə cəlb olunması məsələsi Rusiya hökumətinin üzvləri ilə «bütün təmaslar zamanı» qaldırılmalıdır. Yaxın zamanlarda sənədlər baxılmaq üçün Respublikaçılar partiyasının nəzarətində olan Senata göndəriləcək.