ABŞ nüvə silahının sınağı üzrə moratoriumu pozacağı halda, Rusiya multimeqaton silah yarada bilər.Publika.az “Lenta.ru” saytına istinadən xəbər verir ki, bu haqda Rusiya raket və artilleriya elmləri Akademiyasının prezidentinin informasiya siyasəti üzrə müavini, hərbi elmlər doktoru Konstantin Sivkov bildirib.
Mütəxəssis əmindir ki, Birləşmiş Ştatlar avqust və noyabrda Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləylə qadağan edilmiş raketlərin sınağının keçirilməsi planlarını elan etməklə razılaşmanın Amerika tərəfindən pozulduğunu təsdiq ediblər. Sivkov güman edir ki, Rusiya “Poseydon” nüvə sualtı pilotsuz təyyarəsinin yaradılması, həmçinin “Kalibr-M” orta mənzilli raketin qitələrarası hərəkət radiuslu raketə yüksəkdilməsini xatırlatmalıdır. Belə etmək lazımdır ki, vəziyyətin istənilən inkişafı zamanı Birləşmiş Ştatlar onların ölkəsinin Yer üzündən yox ola biləcəyini bilsin. Moskva aydın bildirməlidir ki, ABŞ-ı kanyonlar və sınıq xətləri üzrə vurmalı olacağıq”, - hərbi elmlər doktoru bildirib.
2017-ci ilin noyabrında Konstantin Sivkov ABŞ-ın Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxışına cavab olaraq Rusiyaya nüvə silahının qeyri-ənənəvi daşıyıcılarını və çox güclü döyüş başlıqlarını yaratmağı məsləhət görüb. Onun sözlərinə görə, bu silahlar ABŞ-ın ərazisində faciəli geofiziki proseslər, məsələn Yelloustoun supervulkanı yarada bilər.
Pentaqonun nümayəndəsi Mişel Baldanza bildirib ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə ilə qadağan edilmiş qeyri-nüvə raketlərini sınaqdan keçirməyi planlaşdırır.