Türkiyədə vətəndaş müharibəsi, işğal və... - 2025-ci il üçün hazırlanan PLANIN ŞOK SSENARİSİ

21-03-2019, 11:54   
 
Təlim qalmaqalları ilə sərt reaksiyalara səbəb olan NATO-da 2010-cu ildə təşkil edilən bir beynəlxalq təlimdə Türkiyəyə müdaxilənin sınaqdan keçirildiyi ortaya çıxıb.
Publika.az xəbər verir ki, bu haqda Türkiyənin “Yeni Şəfəq” nəşri yazıb.
Xəbərə görə, NATO qərargahında təlim zamanı Türkiyə xəritəsindən istifadə edilərək “vətəndaş müharibəsi və kənardan müdaxilə” ssenarisinin həyata keçirilməsi müzakirə olunub. FETÖ-cülərin təsirli olduğu dövrdə müzakirə edilən ssenarinin 12 fevral MİT böhranı, Oslo prosesi, Gəzi hadisələri, 17-25 dekabr çevriliş cəhdi, xəndək terroru və 15 iyul çevriliş cəhdlərində addım-addım həyata keçirilməsi istənilib.
Təlimdə NATO-nun müdaxiləsi təqlid edilib. Plana görə, “qırmızı ölkə”nin qoşunları NATO-nu dəstəkləyəcəkdi.
FETÖ-cü zabitlərin NATO qərargahlarında aktiv vəzifə aldığı 2010-cu illərin əvvəllərində təşkil edilən təlimlərin ssenarisi “daxili qarışıqlıq yaşayan bir ölkəyə NATO müdaxiləsi” olaraq hazırlanıb.

Ssenaridə coğrafi, mədəni və əhali strukturu baxımından Türkiyəyə bənzəyən “qırmızı ölkə” istifadə olunub. Bu ölkə xəritədə Türkiyə xəritəsi tərs çevrilmiş, şərq-qərb bölgələrinin yeri dəyişdirmiş şəkildə Afrika qitəsinin mərkəzinə yerləşdirilib. Ssenariyə görə, 2025-ci ildə bu ölkədə daxili qarşıdurma baş verir.
Təlimin ssenarisinin şərtlərinə görə, “qırmızı ölkə”yə müdaxilə zamanı ölkənin silahlı qüvvələri NATO-nun müdaxiləsinə qarşı çıxmamalı, ölkədəki qarşıdurmanı bitirmək üçün NATO birliklərini dəvət etməli idi və NATO əsgərlərinə yardım göstərməli idi.
Ssenariyə görə, NATO əməliyyatının müvəffəqiyyətli olması üçün “qırmızı ölkə”nin qonşuları da heç bir halda müdaxilə etməməli idi, əks təqdirdə xalq NATO və xarici ölkə əsgərlərinə qarşı ayağa qalxa bilərdi.
Mvəffəqqiyyətlə keçirilən təlimdə Türkiyə hərbçiləri, o cümlədən NATO-da vəzifəli türk zabitləri (sonradan onların FETÖ üzvü olduğu ortaya çıxıb) iştirak etmişdilər. İddiaya görə, FETÖ bu təlimdən sonra Türkiyə Silahlı Qüvvələrinin komanda heyətini 2020-ci ilə qədər tamamilə ələ keçirməyə hədəfləyirdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.