TRAMP “DƏRİN DÖVLƏT”lə ANLAŞDI… –İlk hədəf Səudiyyə Ərəbistanıdır: kralın gerçək varisi kim olacaq? - ARAŞDIRMA

27-03-2019, 11:34   


Ergün Diler

“Takvim”, Türkiyə, 26 mart 2019-cu il

 

Neçə dəfə yazdığımı bilmirəm. Çox sıxlıqla burada yazdım. Məncə, bu, hazırda Yer üzündə hər kəsi maraqlandıran bir çəkişmə, bilək güləşi idi. Bitdi. Kim qalib gəldi? Kim uduzdu? Araya kim və ya kimlər girdi? Bunlara bənzər çox sual var. Hələlik cavab tapa bilmədim.

ABŞ Prezidenti Tramp onu təqib edən prokuror Müllerdən necə qurtuldu? Trampın adamlarından olan Pol Manafortkirli əlaqələrin ortasında olması səbəbilə həbs edildi. Hazırda içəridədir. Doğrusu, ruslarla əlaqələri ifşa edildi. İşin içində Mayk Flindən tutmuş sirdaşı olan vəkilədək onlarla şəxsin adı vardı.

Trampın köhnə dostu və vəkili Maykl Kohen bütün səs qeydlərini ABŞ kəşfiyyatına verdi. Adam Trampı prezident olmadan öncə dinləməyə və səsini qeyd etməyə başlayır. Və bunu illərlə davam etdirir. İşlər qarışınca da, “etirafçı”olur və əlindəki sənədləri dövlətlə paylaşır.

Trampın ətrafında olan və ya səsi qeydə alınan 30-dan çox adam işin içində yer alır. 14 martda əlaqələrin mərkəzində yer alan şəxslərdən biri Feliks Saterlə də Moskvada görüşüldü. ABŞ Saterə “Əməkdaşlığa görə ABŞ-dakı bütün cinayətlərdən təmizə çıxacaqsan” sözü verdi. Sater də üç gün ərzində davam edən görüşlərdə “Bəli, doğrudur” deyərək, ona göstərilən hər bir dəlili və sənədi təsdiq etdi.

Hər kəs Müllerin dosyesındən “Trampın vəzifədən azad edilməsi”nin çıxacağını gözləyərkən, daha doğrusu, belə bir gözlənti yayılarkən, “Trampın ruslarla əlaqəsi yoxdur” nəticəsi çıxdı. Trampın ətrafındakıların başı dərdə girdiyi halda, prezident kənarda saxlanılır, qorunurdu. Ya da bizlərin bilmədiyi böyük bazarlıq nəticə verirdi.

Nələrin baş verdiyi haqqında hazırda bir məlumatım yoxdur. Ancaq bu, hər kəsə, hər bir ölkəyə təsir edəcək addımdır. Əgər Tramp bu formada “dərin ABŞ”-a yaxınlaşdırıldısa – bir, Tramp və ətrafı qalib gəldisə – başqa bir şeylər olacaq. Həm də sürətlə olacaq.

Dəqiq olmamaqla birlikdə, “Trampla anlaşıldı. Bir müddət sonra, məsələn, sağlamlıq problemlərilə bağlı istefa verəcək. İş dövlət böhranı olmadan həll ediləcək” deyənlər var. Ancaq hələ tezdir. Həqiqəti tam öyrənmək üçün bir az gözləmək lazımdır. İstənilən halda çox önəmli bir addım atıldı.

İndi isə bizi maraqlandıran bölümə gələk. Prezident Tramp Türkiyəyə olan marağını gizlətmirdi. Və bu səbəblə, MKİ-nin Türkiyəyə yönəlik əməliyyatlarına izin vermirdi. O, imza vermədiyinə görə əməliyyatlar da olmurdu. Başımız ağrımırdı. Əgər Tramp girov götürüldüsə, bu, bir xeyli çəkişmə dolu iqlimə girəcəyik deməkdir. Nələrin baş verəcəyi məlum deyil. Ümid edirəm ki, Tramp onunla mübarizə edənlərə təslim olmamışdır. Bu məsələnin aydınlaşması, iqtisadi hücum daxil olmaqla, ətrafımızda olan hər bir şeyi müəyyən edəcək. Çünki uzaqlarda çox ciddi iqtisadi hücum hazırlığı görən bir qrup var. Bu hücumun indiyədək görünməmiş şiddətdə olması nəzərdə tutulur. Trampın mövqeyi bizim üçün də, hər kəs üçün də önəmlidir. Oradakı balans gələcəyə işıq tutacaq. Baxaq, bir az gözləyək.

Davam edək. Səudiyyə Ərəbistanı çox önəmli bir ölkədir. Çünki enerjinin, daha doğrusu, neftin hələ öz hökmdarlığını davam etdirəcəyi 20 il boyunca da önəmli bir ölkə olaraq qalacaq. Ona görə də, Kral Salman bin Əbdüləzizin uzun müddətdir Londonda sürgündə olan ögey qardaşı şahzadə Əhməd bin Əbdüləziz Ər-Riyada geri döndü. Ötən həftə də ən önəmli addımını atdı. Vəliəhd-şahzadə Məhəmməd bin Salmanı bir otağa qapadan və 24 saat ərzində istədiklərini alan şahzadə Əhməd yeni dövrdə çox önə çıxacaq.

İddialara görə, hardasa, iyul ayında Kral Salman vəzifəsini 24 saat ərzində ev həbsində saxlanan oğlu Məhəmməd bin Salmana təhvil verəcək. Vəliəhd-şahzadə mövqeyinə də şahzadə Əhməd bin Əbdüləziz keçəcək. Şahzadə Əhmədin Riyada geri dönməsi Nayef ailəsini də gücləndirdi.

Vəliəhd-şahzadə Məhəmməd bin Salmanın Kral olmasına qərar verən Vaşinqtondurmu? Əlbəttə.

Redlands Universiteti bu gün ABŞ-ın hərbi anlamda güc olmasını təmin edən Vest Pointin dünyada təsirli olma dövrünün başlaması qərarının verildiyi məktəbdir. Şahzadə Əhməd bin Əbdüləziz də Redlands Universitetinin tarixində ən uğurlu olan 5 tələbədən biridir və 3 aylıq da Vest Point təhsili vardır. Haradan haraya, elə deyilmi?

Şahzadə Əhmədin Londonda sürgündə olması da bir əfsanə idi. Bu, onun istirahət və yenilənmə dövrü idi. O, Londonda sürgündə olduğu zamanın əksəriyyətini ABŞ-ın ən önəmli ştatlarından olan Floridanın ən önəmli şəhəri Tampa Bayda yaşadı. Ciddi kəşfiyyat şəbəkəsinə də sahib olan şahzadə Əhmədin, Kral da olsa, vəliəhd-şahzadə də olsa, Səudiyyə Ərəbistanının yeni patronu olacağı qətidir.

ABŞ-ın Salmanı əhatəyə almaq üçün təşkil etdiyi “Camal Qaşıqçı hadisəsi”ni ilk öyrənən şəxs də şahzadə Əhməd idi. Çünki Camal Qaşıqçının ortadan yox olmasından sadəcə bir ay sonra şahzadə Əhməd Riyada geri döndü. Həm də çox güclü olaraq…

Şahzadə Əhməd, vəliəhd-şahzadə Salmanın Səudiyyə Ərəbistanında ən çox çəkindiyi şəxsdir. Çünki şahzadə Əhməd təhdid etdiyi zaman mütləq nəticə alır. Vəliəhd-şahzadə Salmanı 24 saat ərzində “qonaq” edərkən, hər halda, çay və qəhvə içib dostca danışmadılar. Salmana etməməli olduğu şeyləri söylədi. İmzasını aldı.

Vəliəhd-şahzadə Salmanın gücü şahzadə Əhmədin Riyada geri dönməsilə bitdi. İndi Nayef ailəsinin də güclənəcəyini proqnozlaşdırmaq çətin deyil. Bu da vəliəhd-şahzadə Salmanın təsir dairəsini əməlli-başlı azaldacaq.

Kral Salman isə səssizcə öz ölümünü gözləyir. Bu ölüm bəlkə adi, bəlkə də görkəmli olarcaq. Onun qərarını verən şəxs də şahzadə Əhməd olacaq.

Şahzadə Əhmədin ən yaxın dostları hələ də Vest Pointin önəmli komandirləridir. Bu da onun dünyadakı təsirini artıran bir şansdır. Şahzadə Əhmədlə Ərəbistanın daha da təsirli olduğu, bölgəsində daha da gücləndiyi bir dövrə girdik.

İndi Səudiyyədə güclü fiqur şahzadə Əhməd olacaqsa, ARAMCO ilə bağlı qazanan Pentaqondur. ARAMCO-dan Danforda, Kraliça Yelizavetadan Rotşildlərə, Putindən Ərdoğana, Merkeldən Makrona, Feliks Saterdən Ceff Bezosadək hər bir kəs, ya müsbət, ya da mənfi olmaqla, bundan təsirlənəcək.

Əgər Tramp dirənməkdən vaz keçərsə və ya vaz keçdisə, bizə çox şiddətli hücum edəcəklərini görmək üçün kahin olmağa ehtiyac yoxdur.

Qəribə bir həmlə ilə qəribə bir dövrə girdik. Açar şəxs Prezident Trampdır. Ağ Evi anlamadan olacaqları öncədən görmək mümkün deyil. Trampın mövqeyi çox önəmlidir. Baxaq, görək, nə oldu. Anlarıq…

Qeyd: Yazı bitdikdən sonra bir müddət gözlədim. ABŞ daxilinə baxan zaman ilk yaxaladığım böyük işarət Pentaqonla Rotşildlərin anlaşması yönündə oldu…

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.