Daha bir diktator xalqa məğlub oldu – Buteflika istefa verdi

3-04-2019, 10:29   


Əlcəzair prezidenti Əbdüləziz Buteflika səlahiyyət müddəti başa çatmamış istefa verəcək. Bu barədə prezident administrasiyasının Əlcəzairin dövlət agentliyi APS-də yayımlanan açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, Buteflika səlahiyyət müddətinin bitəcəyi 28 aprel tarixindən əvvəl istefa verəcək. İstefadan əvvəl isə keçid dönəmində dövlət orqanlarının normal fəaliyyətini təmin etmək üçün önəmli qərarlar veriləcək.

Buteflika ötən gün keçmiş daxili işlər naziri Nurəddin Bədəvinin başçılığı ilə yeni hökumətin qurulduğunu açıqlamışdı.

Buteflika 1999-cu ildən Əlcəzairə rəhbərlik edir. 82 yaşında və ciddi xəstəliyi olmasına rəğmən bu il 5-ci dəfə prezidentliyə namizəd olmaq niyyətini açıqlayandan sonra Əlcəzair xalqı kütləvi aksiyalara başladı və onun geri çəkilməsinə nail oldu. Buteflika martın 11-də açıqlama yayaraq, aprel ayına təyin olunan prezident seçkini təxirə saldığını və daha namizəd olmayacağını bəyan etdi.

Lakin Əlcəzair xalqı bu bəyanata qane olmadı və Buteflikanın istefası tələbilə aksiyaları davam etdirdi. Budur, artıq Buteflikanın istefaya hazır olduğu ortadadır.

azadliq.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.