Azərbaycan mühakimə edilmiş jurnalistləri çox olan ölkələr sırasındadır

19-04-2019, 09:52   

  








"Sərhədsiz reportyorlar" təşkilatı dünyada ənənəvi mətbuat azadlığı indeksini açıqlayıb. İndeks müxtəlif ölkələrdə mətbuatın və jurnalistlərin vəziyyətini, informasiyanın sərbəst əldə edilməsi, ifadə olunması və yayılması üçün imkanları nümayiş etdirir.
Məlumatda qeyd olunur ki, keçmiş SSRİ məkanında azad mətbuat ilə bağlı vəziyyət ağır olaraq qalır. Rusiya və Azərbaycanda həbsxanalarda çoxlu jurnalist və bloger var. Araşdırmaçı jurnalistlərin durumu daha ağırdır.
Bu il Azərbaycan dünya üzrə 166-cı yeri tutur, ötən illə müqayisədə üç bənd enib.
Azərbaycanda vəziyyətə dair hesabat "Sonuncu tənqidçi səslərə qarşı elan olunmamış müharibə" adlanır.
"Plüralizmin bütün formalarını boğmaqla qane olmayan ölkə hakimiyyəti 2014-cü ildən bu yana qalan KİV-lərə qarşı amansız müharibə aparır. Təzyiqlərə, döyülməyə, şantaj və ya rüşvətə uymayan müstəqil jurnalistləri və blogerləri absurd ittihamlarla həbsə alırlar. "Zerkalo" və "Azadlıq" kimi müstəqil KİV-lər iqtisadi yolla susdurulub. "Azadlıq" radiosu zorla qapadılıb.
Əsas müstəqil xəbər saytları bloklanıb. Xaricdə olub müqavimət göstərməkdə davam edənləri susdurmağa cəhdlər edilir, hakimiyyət onların Azərbaycanda qalan ailə üzvlərini təqib edir.
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.