Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunnabu həftə Azərbaycana gələ bilməyəcək. Ölkə hakimiyyəti bayramla əlaqədar səfəri “əlverişsiz” hesab edib. Bu haqda Turan İA xəbər verib.
“Hakimiyyət və vətəndaş cəmiyyəti ilə siyasi məhbuslar məsələsinin müzakirəsi üçün Azərbaycana səfərimin təxirə salınmasından məyus oldum. Hakimiyyət bayramla əlaqədar həmin günlərin əlverişsiz olduğunu bildirdi. Sentyabrı gözləyəcəyik”, – iyunun 4-də o, Tvitterdəki akkauntunda yazıb.