Həsənov qardaşlarının Çexiya biznesi təhlükə altında

7-06-2019, 03:47   
 Çexiyada Avropa Birliyi (AB) fondlarından gələn pulları korrupsiya yolu ilə mənimsəməkdə ittiham olunan baş nazir Andey Babişin istefası ilə bağlı kütləvi aksiyalar başlayıb. Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, aksiyada yüz mindən çox insan iştirak edir. Andrey Babiş rəsmi olaraq Çexiyanın ikinci ən varlı şəxsi hesab olunur. Bu varidatın çoxuna korrupsiya yolu ilə nail olan baş nazir iki ildir ki, bu posta təyin olunub.
Qeyd edək ki, ümumiyyətlə Çexiyada korrupsiyaya qarşı mübarizə bir neçə ay əvvəldən başlayıb. Bəzi məmurlar vəzifəsindən azad edilib, bəziləri isə özü istefa verib. Polis və ədliyyə orqanlarının araşdırmaları daha geniş aparacağı gözlənilir. Hələlik, bu araşdırmaların xarici ölkə vətəndaşlarını da əhatə edib-etməyəcəyi bəlli deyil. Amma bu olarsa, Azərbaycan məmurlarının böyük əksəriyyətinin ciddi problemlə qarşılaşacağı qaçılmazdır. Məmurlarımızın qeyri-qanuni yolla əldə etdikləri böyük pulların ən çox daşındığı ölkə məhz Çexiya olub. Bu haqda mediada dəfələrlə xəbərlər yayılıb.
Cumhuriyyet.az Çexiyada biznesi olan məmurlarla bağlı bildirir ki, bu sırada Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, onun deputat qardaşı Malik Həsənovun da adı hallanıb və bu məlumatların heç biri təkzib olunmayıb. Beynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) son araşdırmasında diqqətdən kənarda qalan daha bir fiqurun adı keçirdi. Biz cumhuriyyet.az olaraq həmin araşdırmaya yenidən nəzər yetirərək bildirirrik ki, Çexiyanın Praqa və Marinask Lazne şəhərlərində daşınmaz əmlak və otellər alan tanınmış azərbaycanlılar arasında Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənovun da adı var. Hər iki çex şəhərində bahalı malikanələrə sahiblənmiş komitə sədrinin deputat qardaşının bu pulları hardan əldə etdiyi sirr deyil – millət vəkilinə qadağan edilmiş biznesdən…
Bu faktın məhz OCCRP tərəfindən üzə çıxarılması təsdiqləyir ki, təkcə M.Həsənovun yox, qardaşı K.Həsənovun da Avropada daşınmaz əmlakları var. Həsənovların oliqarx həyatı korrupsiya pullarının hesabına mümkünləşib. Beynəlxalq araşdırmaçıların ortalığa qoyduğu faktlar göstərir ki, Həsənovlar prezidentə qarşı Qərbdə başlamış kampaniya üçün tutarlı arqumentlər veriblər. Əgər Həsənovlar Avropada mal-mülk sahibi olmasaydılar, korrupsiya pullarına varlanmasaydılar beynəlxalq dairələrin ölkəmizin imicinə zərbə vuran bu halları tirajlamazdı.
Komitə sədrinin artıq bir neçə ildir ki, Çexiyada biznes strukturu formalaşdırmaq istiqamətində ciddi iş apardığını vurğulayan mənbə K.Həsənovun yüngül və yeyinti sənayesinə daha böyük önəm verdiyini bildirib. Bununla bağlı cumhuriyyet.az-ın əldə etdiyi məlumatda bildirilir ki, komitə sədrinin mineral su və pivə istehsalına marağı daha böyükdür: “Komitə sədrinin Çexiyanın müxtəlif bölgələrində, xüsusilə də Benetiçe və Karlovı Varı şəhərlərində mineral su zavodları mövcuddur. Bu müəssisələrin istehsal etdiyi məhsulun önəmli bir qismi Azərbaycana ixrac olunur. Bu suların Azərbaycandakı satışını həyata keçirən və rəsmi distribüteri hesab edilən ”Mattoni” də komitə sədri və ona yaxın olan adamlara məxsusdur”. Həsənov qardaşları Çexiyanın spirtli içki bazarında da müəyyən paya malikdir: “Pilzen şəhərindəki pivə zavodunun istehsal etdiyi pivə yerli bazarla yanaşı, xarici bazarlarda da uğurla təmsil olunmaqdadır. K.Həsənovun xarici ölkədəki biznes fəaliyyəti bununla məhdudlaşmır. Komitə sədrinin həm Çexiya, həm də Birləşmiş Ərəb Əmirliyində xeyli sayda istirahət və əyləncə mərkəzinə sahib olduğunu bildirən mənbə K.Həsənovun biznesin bu sahəsində də böyük səriştəyə malik olduğunu qeyd edib. Bütün bunlarla bağlı cumhuriyyet.az olaraq mediada yer alan məlumatlar üzərindən araşdırmamıza görə, komitə sədri əldə etdiyi sərvətin böyük bir qismini İsveçrə banklarında hifz edir: “Komitə sədrinin İsveçrə bankları ilə əlaqəsi qardaşı vasitəsilə təmin olunur. K.Həsənovun qardaşının pasportunda onun İsveçrəyə səfərlər qeydiyyatını göstərən möhürlər də bununla bağlıdır”.cumhuriyyet.net




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.