Rusiya bioloqu Denis Rebrikov “GMO-uşaq” (Genetik Modifikasiya olunmuş Orqanizm) yaratmağı planlaşdırır.Publika.az xəbər verir ki, bioloq sensasiyalı plan haqqında “Nature” jurnalına müsahibəsində danışıb.
Rebrikovun sözlərinə görə, əgər müvafiq razılıq alacağı halda, ilin sonuna kimi GMO embrionların implantasiyasını həyata keçirmək imkanına baxır. Sınaq CCR5 geninin modifikasiyasına hədəflənəcək. Bu modifikasiya üzərində ötən ilin noyabrında ilk “GMO-uşaq”ların yaradılması haqqında planlarını açıqlayan qalmaqallı məşhur Çin bioloqu Xe Szyankuy işləyirdi.
Rebrikov iddia edir ki, genin modifikasiyası üzrə onun metodu daha faydalı, daha az təhlükəli, cəmiyyət üçün daha etik və münasib olacaq.
Bununla belə, “Nature” nəşrinin fikrini öyrəndiyi mütəxəssislər Rusiya bioloqunun planlarından narahatlığını ifadə ediblər. Mütəxəssislərin fikrincə, bioloqun istifadə etməyə planlaşdırdığı genin dəyişdirilməsi texnologiyası hələ ki hazır deyil. Bundan başqa, prosedurun etik tərəfi müəyyən suallara səbəb olur.
Qeyd edək ki, Denis Rebrikov – biologiya elmləri doktorudur. O, Moskvada Kulakov adına Mamalıq, Ginekologiya və Perinatologiya Milli Tibb Tədqiqat Mərkəzində GMO laboratoriyasına başçılıq edir və Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin elmi işçisidir.
Ömər Dağlı