Stanislav Tarasov
regnum.ru, 27.06.2019
İranın 2015-ci ildə bağlanmış nüvə sazişi (Birgə Hərtərəfli Fəaliyyət Planı / BHFP) ilə bağlı Almaniya, Fransa və Böyük Britaniyaya verdiyi ultimatumun müddəti 7 iyulda bitir.
İran prezidenti Həsən Ruhani bildirib ki, 28 iyunda Vyanada xarici işlər nazirlərinin müavinləri səviyyəsində beynəlxalq nüvə sazişi üzrə tərəfdaşlarla görüş baş tutacaq. Rusiya və Çin onların sırasına daxildir, amma Tehran Moskva və Pekinə iddia elan etmir. Danışıqların günədliyinin ayrıntıları bəlli deyil. Bu görüşün gərəkliyi sazişin münaqişəli durum halında BHFP birgə komissiyasının (iştirakçı ölkələrin xarici işlər nazirlərinin təmsil olunduğu qurum) həll tapmağa borclu olduğunu nəzərdə tutan 36-cı bəndindən irəli gəlir. İran ekspertlərinin fikrincə, Vyanada görüş “Tehranın ultimatumunun müddəti bitincə nüvə sazişini xilas etmək üçün diplomatların son şansı ola bilər”. Hələlik isə ABŞ prezidenti Donald Trampın basqısına baxmayaraq, iranlılar BHFP-nin şərtlərini yerinə yetirməyi davam etdirirlər ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də özünün 14 hesabatında bunu təsdiqləyib.
Yada salaq ki, BHFP AB tərəfdən İranla iqtisadi münasibətləri normallaşdırmağı nəzərdə tutur. Lakin Almaniyanın “Der Spiegel” dərgisi etiraf edir ki, “ABŞ BHFP-dən çıxdığına baxmayaraq, Almaniya, Fransa və Böyük Britaniya nüvə sazişinə sadiq qaldıqlarını dəfələrlə bəyan etməkləri yalnız söz idi”. İran və Avropa şirkətlərinin ödəniş öhdəliklərinin qarşılıqlı hesablaşmasının aparılacağı özünəməxsus mübadilə birjası ola biləcək “Instex” xarici-ticari hesablaşma mexanizmi qurmaq vədləri səslənib. Amma “Instex” indiyədək əməliyyat fəaliyyətinə hələ də girişməyib. Hətta Avropanın bütün bankları amerikalıların onlara qarşı sanksiya tədbirlərindən qorxaraq sazişlərin çoxu üzrə ödəniş aparmaqdan imtina edir. İranın “Fars” agentliyi xəbər verir ki, Tehran indi atom sazişindən çıxmağın ikinci mərhələsinə keçmək niyyətindədir: uranı 3,67 faizdən yuxarı zənginləşdirmək hüququna malik olmamaq şərtindən imtinaya.
Belə bir şey olarsa, İranla nüvə sazişinin tam iflasını bildirəcək. Olduqca həyəcanlı durum yaranır. Hətta Böyük Britaniya xarici işlər naziri Ceremi Hant “ABŞ bizim ən yaxın müttəfiqimizdir, onunla daim dialoq aparırıq, onun istənilən xahişini diqqətlə nəzərdən keçiririk” deyərək hesab edir ki, “qarşıdakı həftə həlledici önəmə malikdir”. О habelə qeyd edib ki, “Avropa ölkələri İranla münasibətlərin normallaşdırılmasına məsul olmaqla durumu xilas etmək üçün işbirliyinin yaxşılaşma dərəcəsini göstərməlidir”. Amerikalılar da dolab gəlirlər. ABŞ müdafiə naziri vəzifəsini icra edən Mark Esper qəflətən bildirib ki, Vaşinqton İranla “münaqişə qapısını bağlamaq və diplomatiya qapısını açmağa” çalışır.
O bununla topu avropalı tərəfdaşlarının meydanına ataraq hesab edib ki, onlar, bir yandan, “Vaşinqtonun İranla münaqişəyə yönələn istənilən fəaliyyətini dəstəkləyər”, o biri yandan, “Amerika hökumətinin Tehranın təmsilçilərilə diplomatik təmasları yoluna qoymaq istəyini” göstərib – hətta Trampın İranın Birləşmiş Ştatlara istənilən yeni hücumu halında məhv etməyə qədər hədələyərək İrana münasibətdə sanksiyaları sərtləşdirməyi nəzərdə tutan növbəti “məxsusi” sərəncam imzalasa da. Amerika prezidenti bu zaman dəqiqləşdirib ki, yeni birtərəfli tədbirlər hər kəsdən qabaq İslam Respublikasının başçısı və ruhsal lideri ayətullah Əli Xamnəi və İslam İnqilabı Keşikçiləri Korpusunun bir sıra komandirlərinə qarşı yönəlib. Güman etmək üçün əsas meydana çıxır ki, İran XİN başçısı Məhəmməd Zərif də tez bir zamanda sanksiya siyahısına daxil ediləcək, İranın milyardlarla dollarlıq aktivləri dondurula bilər.
İran XİN-in rəsmi təmsilçisi Abbas Musəvi durumu şərh edərək bildirib ki, ABŞ-ın İranla danışıqlara başlamaq təklifi nəzərə alınarsa, belə bir şey “diplomatiya üçün yolu bağlayır”. Eyni zamanda Vyanada İranın ultimatumu müzakirə olunacaq İranla qarşıdakı görüşdə Almaniya, Fransa və Böyük Britaniyanın diplomatiyası qarşısında çətin vəzifələr də qoyur.
Onlar anlayırlar ki, Amerikanın “CNBC” telekanalının iddia etdiyi kimi, Vaşinqton “İranı təkcə 2015-ci il nüvə sazişinin tələblərini pozmağa təhrik etmək deyil, həm də ölkədə daxili sarsıntılar törətmək istəyir”.Vaşinqtonda anlayırlar ki, Tehranı aşkar şəkildə siyasi-diplomatik biabır etmək mümkün diplomatik dialoq yoluna keçilməz maneələr qoyur. Amma Trampa birbaşa hərbi münaqişə deyil, necəsə bir qələbə gərəkdir – hətta “Tehranda rejimi tam dəyişməklə deyil, heç olmasa, onun daxilində həlledici dəyişikliklərlə ifadə olunsa da”.
Bu, nisbi perspektivdə addım-addım fəaliyyət prosesidir, çünki Vaşinqton başa düşür ki, İranın nüvə sazişindən çıxması bildirmir ki, sabah onun nüvə bombası olacaq. Bəs Avropa bu durumda necə hərəkət edə bilər? Orada bu haqda nəzəri mülahizələr kifayət qədərdir. Ekspertlərin çoxu iddia edir ki, ABŞ “təkcə İranı deyil, Avropanı da küncə sıxıb”. Avropa Amerikanın Tehrana qarşı sanksiyalarına qarşı durmaq üçün konkret tədbirlər işləməyi yubadıb, görünür, güman edib ki, öz şirkətləri üçün “sanksiyalar tətili” haqda anlaşmaya nail olacaq ki, bu da vaxt udmağa imkan verərdi. Baş tutmur. İndi Almaniya kansleri Angela Merkelin “Amerika-Almaniya və Amerika-Avropa münasibətlərində” göstərdiyi iki çata İranınkı da əlavə olunub. Amma Avropa nüvə sazişinin şərtləri üzrə vədləri yerinə yetirmək üçün böyük oynamağa hazırdırmı?
Almaniyanın “Handelsblatt” nəşrinin yazdığı kimi, “Öz nüvə proqramını təzələyəcək İrana sarı hər hansı konkretaddım olmasa, Avropa nəinki Yaxın Şərqdə gərginliyin kəskin artımını qabaqlamağa deyil, İranın Rusiya və Çinə sarı meyllənməsini dayandırmağa da nail olmayacaq”. Hələlik başqa, nəzəri variant var: Avropanın Moskva və Pekinlə birgə fəaliyyətə keçidi, Amerika embarqosuna qarşı çıxmaq, İran neftinin alqısını davam etdirmək, birgə biznes layihələrinin inkişafı, maliyyə əməliyyatları keçirmək və bu kimi. Bir şey aydındır: Tehrana münasibətdə Avropanın “ağıllı sözlər” dönəmi başa çatır. İran, Almaniya, Fransa və Böyük Britaniya xarici siyasət idarələri təmsilçilərinin qarşıdakı Vyana görüşü bəzi şeyləri tam aydınlaşdırmalıdır. Gözləyəcəyik.
Tərcümə Strateq.az-ındır.