“Qorxurlar ki, Rusiya istənilən an müdaxilə edə bilər...”

3-07-2019, 08:55   
 


Gürcüstanda rusiyalı deputatın spikerin kreslosunda oturmasına görə başlayan etiraz dalğası hələ davam edir. Xəbər verildiyi kimi müxalifət artıq spikerin istefasına və parlamentə seçkilərin qarışıq sistemlə deyil, ancaq praporsional sistemlə keçirilməsi barədə düzəlişə nail olub. İndi isə onlar etirazçılara qarşı güc tətbiqinə görə daxili işlər nazirinin istefasını tələb edirlər.

Gürcüstanda baş verənlər və antirusiya etirazları Rusiyanı özünə təhdid kimi görən Polşada da izlənilir. Virtualaz.org xəbər verir ki, polşalı jurnalist Voyçex Voytaseviç hadisələr balayandan bəri Tbilisidə olub və baş verənləri izləyib, reportajlar verib.

O, onet.pl adlı portala müsahibəsində deyir ki, gürcülər hakim “Gürcü arzusu” koalisiyasından narazıdır, amma keçmiş prezident Mixail Saakaşvilinin tərəfdarları da kifayət qədər populyarlığa malik deyil.  Voyçex Voytaseviç bildirib ki, gürcülər Rusiyanın yenidən Gürcüstana hərbi müdaxilə etməsindən qorxurlar.

“Onlar deyirlər ki, qorxu içərisində yaşayırlar, çünki Rusiyanın müdaxiləsi istənilən vaxt baş verə bilər. İşğal edilmiş Abxaziyada və Cənubi Osetiyada Rusiya hərbi bazaları yerləşir, cəmi bir saata Rusiya hərbçiləri Tbilisiyə çata bilər. İnsanlar bu barədə hər saniyə düşünürlər, amma gürcülərin həyatı daimi təhdid altında keçir”,-polşalı jurnalist deyib.

Voytaseviç deyir ki, gürcülər emosional xalqdır, amma başa düşürlər ki, son 30 ildə başlarına nə gəlib. Habelə onlar başa düşürlər ki, dəyişiklikləri demokratik yolla həyata keçirmək lazımdır. “Məhz bu sahədə onlar liderdir: məhz Gürcüstanda 2012-ci ildə Cənubi Qafqazda ilk dəfə hakimiyyətə demokratik seçkilərdə qalib gəlmiş partiya hakimiyyətə gəldi”,-o bildirib.

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.