Vəkil Adil İsmayılov ''Monitor'' jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı olduqca sensasion məlumatlar açıqlayıb. Criminal.az xəbər verir ki, vəkil ''facebook'' profilində yazdığı postda o vaxtki ABŞ səfirinin Elmar Hüseynovun qətlindən bəhs edən məxfi teleqramı da yayımlayıb.
ELMAR HÜSEYNOVU KİM ÖLDÜRÜB?
A.İsmayılov yazır: "Hacı Məmmədovun Elmar Hüseynovun qətli ilə bağlı "sensasion” bəyanatından sonra məhkəmənin 27 və 31 iyul, 7, 8, 9, 10, 14, 21 avqust tarixlərinə təyin edilmiş iclasları müxtəlif bəhanələrlə baş tutmadı. Nəhayət 23 avqust 2006-cı ildə baş tutan məhkəmə iclasında təqsirləndirilən şəxs Hacı Məmmədovun dindirilməsi davam etdi. Prokurorun vəsatətini təmin edən Məhkəmə bizim etirazımıza baxmayaraq bildirdi ki, Hacı Məmmədovu Elmar Hüseynovun qətlə yetirilməsi ilə əlaqədar dindirməyəcək, onun dediklərinin yoxlanılması üçün Respublika baş prokurorluğuna müraciət edəcək.
Əvvəlki yazıları oxu:
• Hacı Məmmədovla üçüncü görüş: "Kimə demişdin, get ondan soruş..."
Beləliklə cinayət işi üzrə məhkəmə prosesi gedə-gedə, eyni zamanda təqsirləndirilən şəxslərin başqa cinayətlərdə iştirak etməsinə dair MTN tərəfindən istintaq aparılırdı. Həmin istintaqa Hacı Məmmədovun işində şahid qismində ifadə vermiş Baş prokurorun birinci müavini Rüstəm Usubov qanunsuz olaraq prosessual rəhbərlik edirdi. Elmarın qatilləri iki nəfər Gürcüstan vətəndaşı - Tahir Xubanov və Teymuraz Əliyev olmasını DİN 2005-ci ildə aprelin 7-də bəyan etdi, Aprelin 8-də isə Qaralovun qanunsuz qərarı ilə iş istintaqın davam etdirilməsi üçün MTN-in istintaq idarəsinə göndərildi".
ELDAR MAHMUDOV ABŞ SƏFİRİNƏ ELMAR HÜSEYNOVUN ÖLÜMÜ BARƏDƏ NƏ DEMİŞDİ?
Vəkil oxucular üçün maraqlı olacağını nəzərə alaraq haşiyə çıxıb: "Məşhur Wikileaks saytının yaydığı sənədlərin arasında ABŞ səfiri Enn Dersinin "MonItor” jurnalının redaktoru Elmar Hüseynovun qətlindən bəhs edən məxfi teleqramı da var. Onu səfir Enn Dersi 24 yanvar 2006-cı ildə MTN rəhbəri Eldar Mahmudovla görüşün yekunlarına görə yazıb. Nazir ona deyib ki, qətlin icraçıları Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevdir. Onlar bir ay jurnalisti ofisindən evə gedərkən izləyiblər və telefon danışıqları izləmənin qətl anına qədər davam etdiyini göstərir. Cinayətdən yarım saat sonra onlar taksi tutaraq avtovağzala, oradan da Gürcüstana yola düşüblər.
"Biz başqa ölkənin ərazisində əməliyyat həyata keçiə bilmərik”, deyərək Mahmudov şübhəli şəxslərin həbs olunmama səbəblərini izah edIb. Daha sonra o deyib ki, onlar artıq Gürcüstanda deyillər və Azərbaycan 186 ölkədə axtarış elan edib. Xubanov və ƏliIyevlə eyni mənzildə yaşayan daha üç Gürcüstan vətəndaşı işə cəlb olunub. Qətl günü onlar "ciddi problemlər” gözləndiyi üçün mənzili dərhal tərk etməyi və Gürcüstana qayıtmağı tələb ediblər. "Əminik ki, Xubanov və Əliyev cinayətkardır”, - deyə nazir bildirib.
Əvvəlki yazıları oxu:
• Zakir Qaralovun dindirilməsini niyə istəyirdik?
Daha sonra nazir bandit dəstəsinin başçısı Hacı Məmmədovun Elmar Hüseynovun qətlini keçmiş İqtisadi inkişaf naziri Fərhad Əliyevin sifarişi ilə təşkil etdiyi haqqında etirafını xatırladıb. Nazir inandırıdı ki, Fərhad Əliyev Hacı Məmmədovla əlaqəli idi və hətta vaxtilə onun qohumu ilə evlənməyə hazırlaşırdı. Daha əvvəllər isə onlar neft satırdılar və bunu çeçenler vasitəsIlə edirdilər.
"Fərhad Əliyev bunu inkar edir, amma bizim təhqiqatımız göstərir ki, onların ünsIyyəti var idi”, - deyə Mahmudov bildirib. Bu zaman o, Tahir Xubanov və Teymuraz ƏliyevIn bununla nə əlaqəsi olduğunu izah etməyib.MTN rəhbəri daha sonra iddia edib kI, Fərhad Əliyev qardaşı vasitəsilə Elmar Hüseynova barəsindəki tənqidi nəşrlərə son qoyması müqabilində 400-500 min dollar təklIf edib. "Kəşfiyyatımız göstərib ki, jurnalist bu məbləğdən imtina edərək, 2 mln. dollar tələb edib və elə buna görə öldürülüb” nazir fikrini belə yekunlaşdıırıb...".
Davamı olacaq...