“Prezident hökuməti təcili buraxmalıdır”

9-08-2019, 12:36   
 

illərdir deyirəm ki, hökumət işləmir. Hökum üzvlərinin böyük əksəriyyəti xəyanətlə məşğuldur. Bu mövzuda nə qədər danışmaq olar axı? Bu qədər deyilir, amma bu hökumət üzlərinin birinin də tükü tərpənmir”.

Bu fikirləri GÜNpress.az-a açıqlqmasınd Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, hökumət istəsə, yolu da düzəldər, işığı, suyu, qazı də həll edərlər, amma istəmirlər.
“Əvvəllər yağış, qar yağanda Hacıbalanı söyürdük. İndi neyniyək, Hacıbala da yoxdur. Bu Eldar Əzizov hara baxır. Gəncəni, Sumqayıtı dağıtdı, indi də Bakını ağ günə çıxaracaq? Bu adamların bir məqsədi var, narazılığı artırmaq. Hökumət üzvləri milləti saymırlar, ölkənin birinci şəxsinə xəyanət edirlər. Xəyanətin qaş-gözü olmur ki. Azərbaycanda hökumət deyilən bir şey yoxdur. Hökumət olsaydı, Paşinyana cavab verərdilər. Qarabağ əldən gedir, biz nədən danışırıq? Müdafiə naziri, Xarici işlər naziri hardadılar, niyə çıxıb danışmırlar? Millət başının altına yumşaq yastıq qoyub yatır, heç bir reaksiya yoxdur. Özlərini ana müxalifət adlandıranlar, liderlər kimi təqdim edənlərin də səsi gəlmir. Belə olan təqdirdə hökumət işləyər? Prezident islahat aparacağını bəyan edəndə\n bəri hökumət üzvləri ancaq təxribatla məşğuldurlar. Narazılığı böyüdürlər ki, onların qanunsuzluqlarını görən olmasın”.
MMP sədrinin hazırkı durumla bağlı təklifəri var: “Belə bir məqamda Prezident hökuməti təcili buraxmalıdır. Türkiyə modelinə keçilməlidir. Bu qocaları yola salmaq lazımdır. Hər addımbaşı xəyanətlə məşğuldurlar. Bilirlər ki, zamanlarına az qalıb, ona görə də əllərindən gələn pisliyi edirlər. Əli Əhmədov YAP-çıların birgə mübarizəyə səsləyir. Ay yoldaş, camaat bir-biri ilə mübarizəyə başlasın? YAP-çım biri məmin evimdədir. Övladım dövlət işində işləyir, YAP-a üzv olub. Nə deyisiz, axşam evdə bir-bimizi qıraqmı? Bu nə yanaşmadır, bu nə siyasətdir. Mübarizə aparılası bir düşmən var, o da ermənilərdir, bir də hakimiyyət içindəki mənfur qüvələr. Mən danışan kimi, deyirlər ki, Hafiz Hacıyev danışdı. Mən nə eləməliyəm? Axı, ölkəm, dövlətim dağılır, niyə susmalıyam? Hesab edirəm ki, bu qocalmış, sırtılmış hökumət buraxılmalıdır. Bu yolda mən sona qədər mübarizə aparacağam”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.