Azərbaycan Silahlı Qüvvələrinin əsgəri hərbçi yoldaşını bıçaqlayıb.
Hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Seymur Hüseynov aralarında yaranmış mübahisə zəminində əsgər yoldaşı Habil Bayramova bıçaqla xəsarət yetirib. Yaralı əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Faktla bağlı araşdırma aparılır.
APA