Dünya İŞİD lideri Əbubəkr əl-Bağdadinin ölümünə necə təpki verdi? –FƏRQLİ RƏYLƏR

28-10-2019, 15:12   

“Əl-Cəzirə”, 28.10.2019

 

Prezident Donald Tramp İŞİD lideri Əbubəkr əl-Bağdadinin Suriyanın şimal-qərbində hərbi basqınla öldürüldüyünü təsdiqləyib.

Bazar günü keçirilən mətbuat konfransı zamanı Tramp əl-Bağdadinin “bir neçə həftə nəzarət altında” olduğunu söyləyib.

ABŞ prezidentinin sözlərinə görə, İŞİD başçısı Barişa kəndindəki bir tuneldə özünü və üç övladını partlayıcı ilə öldürüb.

Açıqlamasında Tramp Türkiyə, Suriya, İraq, Rusiya və Suriya kürdlərinə əməkdaşlıq üçün təşəkkür edib.

Dünyanın bu xəbərə münasibəti fərqli olub. Bəzi liderlər bunu “terrorizm”ə qarşı mübarizədə dönüş nöqtəsi kimi qiymətləndirib, digər hökumətlər isə əməliyyatın əhəmiyyətini aşağı salıb.

 

Türkiyə

Prezident Rəcəb Tayyib Ərdoğan əl-Bağdadinin öldürülməsini “terrorla ortaq mübarizəmizdə dönüş nöqtəsi” kimi səciyyələndirib.

 

Rusiya

Müdafiə Nazirliyi “ABŞ-ın əməliyyatı ilə bağlı etibarlı məlumatı olmadığını” söyləyib.

“Rusiya Müdafiə Nazirliyi İdlibdəki deeskalasiya zonasının Türkiyə tərəfindən idarə olunan hissəsində keçmiş İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin daha bir aradan qaldırılması üçün bir əməliyyat keçirən ABŞ hərbçiləri ilə bağlı etibarlı məlumata sahib deyil”. Bunu RİA-ya istinadən general-mayor İqor Konaşenkov deyib.

 

Əfqanıstan

Əfqanıstan əl-Bağdadinin öldürülməsi xəbərini İŞİD-in Cənubi Asiya şöbəsinin zəifləməsi, silahlı qruplaşmaya böyük zərbə kimi qarşılayıb.

Son illərdə Əfqan İŞİD-inin ortaya çıxması 2001-ci ildən bəri daha böyük “Taliban” qiyamlarına qarşı mübarizə aparan ABŞ-ın dəstəklədiyi hökumət üçün əlavə düşmən yaradıb.

“Əfqanıstan hökuməti ABŞ qüvvələrinin… Bağdadinin ölümünə səbəb olan əməliyyatını ürəkdən alqışlayır”. Bunu Əfqanıstan prezidenti Əşrəf Qəninin mətbuat katibi Sadiq Sədiqqi “Tvitter”dəki yazıda bildirib. “Ölüm… bu qrupa və terrorizmə ən böyük zərbədir”.

 

İsrail

İsrailin baş naziri Benyamin Netanyahu hadisəni “təsirli müvəffəqiyyət” olaraq qeyd edib.

“Bu, Amerika Birləşmiş Ştatlarının və bütün azad ölkələrin terror təşkilatları və terror dövlətləri ilə mübarizəsinin ortaq qətiyyətinizi əks etdirir, – deyə Netanyahunun ofisindən verilən açıqlamada bildirilir. – Bu nailiyyət mühüm  mərhələdir, lakin kampaniya hələ bitməyib”.

 

İran

İranın informasiya naziri Məhəmməd Cavad Azəri-Cəhromi bir tvitində əl-Bağdadinin öldürülməsinin “böyük bir iş olmadığını” söyləyib. “Siz yalnız yaratdığınız məxluqu öldürmüşsünüz”.

Nazir dəqiqləşdirməyib, lakin İran tez-tez sübut təqdim etmədən məhz ABŞ-ı İŞİD-i yaratmaqda günahlandırıb.

 

Bəhreyn

Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd Ali-Xəlifə bu hərəkəti yüksək qiymətləndirib və “qrupa ölümcül zərbə” olduğunu söyləyib.

 

Fransa

Fransanın müdafiə naziri Florensiya Parli ABŞ-ı təbrik, lakin İŞİD-ə qarşı mübarizənin davam edəcəyi xəbərdarlığı edib.

“Bağdadi: terrorçu üçün erkən təqaüd, ancaq təşkilatı üçün deyil. İŞİD-lə mübarizəmizi, – özümüzü yeni regional şərtlərə uyğunlaşdıraraq, – tərəfdaşlarımızla birlikdə istirahətsiz davam etdirəcəyik”.

“Amerikalı müttəfiqlərimizi bu əməliyyatla bağlı təbrik edirəm. Bu gün düşüncələrim Bağdadinin qurbanları və onun yolunu gedən cinayətkarlarla əlaqədardir”.

 

Birləşmiş Krallıq

İngiltərə baş naziri Boris Conson bunun “əhəmiyyətli an” olduğunu söyləyib, eyni zamanda, İŞİD-ə qarşı mübarizənin “hələ bitmədiyini” deyib.

 

Yaponiya

Bazar ertəsi Yaponiya kabinəsinin katibi Yoşihide Suqa İŞİD lideri Əbubəkr əl-Bağdadinin ölümünün Yaxın Şərqdə “sülh və sabitliyə doğru vacib bir addım” adlandırıb.

Tokioda keçirilən mətbuat konfransında danışan Suqa da “ekstremizmə qarşı mübarizənin bitmədiyini” söyləyib.

O, dünyada ekstremizmin yayılmasına qarşı mübarizəyə Yaponiyanın sadiqliyini bir daha təkrarlayıb.

 

Avstraliya

Avstraliyanın baş naziri Skott Morrison əl-Bağdadinin ölüm xəbərini alqışlayaraq, öldürülməsini ekstremizmə qarşı mübarizədə “əhəmiyyətli” hadisə kimi xarakterizə edib.

“Təhlükənin davam etdiyini nəzərə alsaq, daima diqqətli olmalıyıq və dünyadakı tərəfdaşlarımızla bu qədər sayıq olmağa davam edəcəyik”.

 

“Suriya Demokratik Qüvvələri” (SDQ)

SDQ komandiri Məzlum Abdi bu nailiyyətin “ortaq əməkdaşlığının” nəticəsi olduğunu söyləyib.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.