Azərbaycanda kişi ailəsinin gözü qarşısında alçaldıldı

5-07-2014, 12:25   
Azərbaycanda kişi ailəsinin gözü qarşısında alçaldıldıBu gecə Cəlilabad rayonunda 39 yaşlı kişi qonşuları tərəfindən həyətində vəhşicəsinə döyülüb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə torpaq üstündə baş verib.

Belə ki, Uzuntəpə kəndində yaşayan 1975-ci il təvəllüdlü Maarif Məmmədəli oğlu Ağayev qonşu qardaşalrın hücumuna məruz qalıb. Gecə saat 03:00-da qonşuluqda yaşayan Ramin və Zamin Əzimov qardaşları Maarif Ağayevin qapısını döyüb. Qapını açan zaman Maarif qardaşalrın hücumuna məruz qalıb.

Onu ölümcül döyən qardaşlara heç kim mane ola bilməyib. Avradı və uşaqlarının gözü qarşısında döyülən M.Ağayevi xəstəxanaya aparıblar. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Hadisəni törədən qardaşalrı isə polis saxlayıb. Məlum olub ki, insident torpaq üstündə olub.

Demə qonşuluqda yaşayan qardaşlar M.Ağayevin torpaq sahəsində kartof əkiblərmiş. Qonşularının bu əməlinə əsəbləşən M.Ağayev buna öz etirazını bildirib və əkinə mane olub. Daha sonra qardaşlar Maarifin həyətini çəpərə alıblar. M.Ağayev də, öz növbəsində çəpəri söküb.

Əzimov qardaşları isə bunun qisasını almaq üçün onu ölümcül döyüblər.

Faktla bağlı Cəlilabad polis şöbəsində araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.