AXCP sədrinin müavini Seymur Həzinin barəsindəki inzibati həbsin müddətindən Xətai rayon 34-cü Polis Bölməsinin rəisi apelyasiya şikayəti verib.

Bu barədə Seymur Həzinin həyat yoldaşı Nigar Həzi Facebookda yazıb. O, bildirib ki, Seymurun vəkilini təcili olaraq Bakı Apelyasiya Məhkəməsinə çağırıblar və bildiriblər ki, barəsindəki inzibati həbsin müddətindən apelyasiya şikayəti verilib.

***

Məhkəmənin qərarı ilə S.Həzinin həbs meddəti 15 gündən 30 günə qaldırılıb.

Qeyd edək ki, Seymur Həzi oktyabrın 15-də saxlanılıb və barəsində Xətai rayon Məhkəməsinin qərarına 15 gün inzibati həbs cəzası verilib./Bakupost.az/