“Deputatların neçə yaşının olması niyə jurnalistləri maraqlandırır?”

30-10-2019, 09:21   
 
Mandata parlament “kupça”sı kimi baxan qocaman deputatlar ağıllarını deyesən lap itiriblər.
Parlamentdə yaşlı deputatların istefaya göndərilməsi ilə bağlı plan köhnə qvardiyanın MM-dəki bütün üzvlərini hərəkətə gətirib. Son günlər adamların bircə sağlamlıq haqqında arayışlarını mətbuatda nəşr etdirməkləri qalıb. 72 yaşlı Hadı Rəcəblidən tutmuş 82 yaşlı deputat Ağacan Abiyevə qədər hamısı dilə gəlib. H. Rəcəbli: “Təbii ki, yaşı keçmiş və işləmək imkanı olmayan adamlar işdən çıxmaqla bağlı özləri qərar qəbul etməlidir. Bu, mütləq şəkildə olmalıdır. Cənab prezidentimiz də bununla bağlı mesaj göndərib. Ancaq bu o demək deyil ki, ucdantutma hər kəsə aid olsun. Məsələn, parlamentdə Ziyad Səmədzadə, Arif Rəhimzadə və digərləri var ki, işləməyi bacaran insanlardır. Bu insanların işləmək üçün fiziki və əqli gücləri yerindədir. Sözüm odur ki, insanları yaşlarına görə bu formada aşağılamaq doğru deyil!” 82 yaşlı Ağacan Abiyev də məsələ ilə bağlı fikirlərini bildirib: “ Mən özüm hər səhər 15-20 dəqiqə saatda 6 km sürətlə qaçıram. Əvvəl 10 dəqiqə gimnastika edirəm, əzələlərimi qızışdırıram. Sonra 20 dəqiqə qaçıram, ondan sonra 10 dəqiqə gəzişirəm, axırda duş qəbul edib, oluram cavan oğlan. İş qabiliyyətim də var. 70 ildir ki, elm və idmanın içindəyəm. Parlamentdə nə qədər işləmək gücündə olan deputatlar var. Məgər onlar pis işləyir?! Ona görə də bu cür insanları ələ salmaq olmaz. Gedib-gəlib mənim yaşıma ilişirlər. Ayıb deyil?! Hər kəs qocalıq yaşına çatacaq”.
Bu gün yaş məsələsinə üsyan edənlər sırasına 74 yaşlı Eldar İbrahimov da qoşulub.
“Burada kim sağlamdırsa, kim işini bilirsə, o da işləyir. Kadr islahatlarının keçirilməsinin tərəfdarıyam. Amma seçkilərə hələ bir il var. Seçkiyə qədər kim yaşaya, kim qala… Deputatların neçə yaşının olması niyə jurnalistləri maraqlandırır? Əksəriyyət bu sualı verir. Bu məsələ müzakirə mövzusu deyil. Hələ bir il var, vaxt yaxınlaşanda gedib və ya qalacağımız barədə açıqlama verəcəyik” – deyib qocaman deputat. Milli Məclisin 72 yaşlı deputatı Madər Musayev də yaşlı kadrları hədəf götürməyin əleyhinə çıxıb: “Əgər bir insan işləmək gücündədirsə, onun yaşını qabartmağa ehtiyac yoxdur. Bir insan özündə işləməyək qabiliyyətini hiss edirsə, işləyir. Və ya kimsə işləmək gücündə deyilsə, niyə işləsin ki?! Yaşlı deputatlara gəlincə, gələn il seçkilər olacaq. Bu il 69 yaşı olanın gələn il 70 yaşı olacaq. Bəlkə kimsə deputat olmaq istəməyəcək?!”. Məlum olduğu kimi, dünən də məsələyə münasibət bildirəm Arif Rəhimzadə “50 metrlik hovuzu 20 dəfə üzüb qayıdıram, niyə deputat olmayım ki?” deyə cavab vermişdi.
Aydın
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.