ABŞ Nümayəndələr Palatası "erməni soyqırımı"nın tanınması ilə bağlı qərarı təsdiqləyib

30-10-2019, 10:59   
 

1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin "kütləvi öldürülməsinin" "Erməni soyqırımı" kimi tanınması ilə bağlı qərar ABŞ Nümayəndələr Palatasında əksəriyyətin dəstəkləməsiylə qəbul edilib.

Demokratların hakim olduqları Nümayəndələr Palatasına təklif edilən layihənin lehinə 405 səs verilib. Əleyhinə cəmi 11 səs olub.

Bu qərarda 1915-ci illə 1923-cü illər ərzində baş verən hadisələrərin "soyqrım" kimi qəbul edilməsi və belə anılması istənilir.

Sözügedən qərarın məcburi tərəfi yoxdur. Yəni, Nümayəndələr Palatasının qərarı ABŞ-ın 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin "kütləvi öldürülməsini "soyqrım" kimi qəbul etdiyi demək deyil.

Bu qərarın qəbulu ilə birlikdə ilk dəfədir ki, ABŞ Konqresinin bir palatası 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin "kütləvi öldürülməsini" "soyqrım" kimi qəbul edib.

Səsvermədən sonra bəyanat verən Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib ki, layihə Türkiyənin həyata keçirdiyi "Barış Pınarı" hərəkatına görə müzakirəyə çıxarılıb.

Səsvermə barədə fikrini Twitterdəki hesabından bildirən Çavuşoğlu yazıb ki, "Layihələri iflasa uğrayanlar rəflərdəki köhnə layihələri qucaqlayıblar. Bu yolla bizdən intiqam alacaqlarını hesab edənlər yanılırlar. Tarixi siyasi alətə çevirənlərin bu utandırıcı qərarı hakimiyyətimiz və xalqımız tərəfindən heç bir əsası olmamış kimi qəbul edilir".

Nümayəndələr Palatasının qərarında nə var?

Nümayəndələr Palatasının qəbul etdiyi qərarda üç əsas maddə belə düzülüb:

  • "Erməni Soyqrımının rəsmi tədbirlərlə anılmağı"
  • "ABŞ hökümətinin Erməni Soyqrımını və ya hər hansı soyqrımı inkar etməyə cəhdin rədd edilməsi"
  • "Erməni Soyqrımı haqqında həqiqətlərin təhsil yoluyla qəbulunun təşviq edilməsi"

Nümayəndələr Palatasının Demokratlar partiyasından olan sədri Nancy Pelosi səsvermədən sonra bəyanatında "20-ci əsrin ən böyük pis hadisələrindən biri kimi 1.5 milyon erməni qadın, uşaq və kişinin Osmanlı İmperatorluğu tərəfindən sistemli şəkildə öldürülməsinin xatırlanması" vaxtı həmkarları ilə birgə olduğu üçün qürur duyduğunu deyib.

1915-ci il hadisələrini "Erməni soyqrımı" kimi qəbul edən ölkələr
RusiyaİtaliyaHollandiya
ErmənistanAvstryaPolşa
ArgentinaBraziliyaPortuqaliya
FransaYunanıstanSlovakiya
AlmaniyaKiprİsveç
BoliviyaLiviyaİsveçrə
BolqarıstanLivanSuriya
KanadaLitvaVatikan
ÇiliLüksenburqVenesuela
Çex RespublikasıParaqvay
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.