2 gündür gündəmdən düşməyən Primakov kimdir? – MARAQLI DOSYE

31-10-2019, 17:20   

Xəbər verdiyimiz kimi, Bakıda keçmiş SSRİ və Rusiyanın ən nüfuzlu dövlət xadimlərindən olan Yevgeni Primakova həsr olunan tədbirlər təşkil olunub. Tədbirlərdən biri Rusiya İnformasiya – Mədəniyyət Mərkəzində Yevgeni Primakova həsr olunan “Yevgeni Primakov: İnsan və siyasətçi” adlı sərgi olub. Digər tədbir Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsi arasında keçirilən esse müsabiqəsidir.
Turkustan.info xəbər verir ki, hər iki tədbir ölkə mətbuatında və sosial şəbəkələrdə ciddi etirazlarla  qarşılanıb. Etiraz edənlər bildirirlər ki, “20 Yanvar” faciəsinin əsas təşkilatçılarından biri olan Yevgeni Primakovun Bakıda anılması Azərbaycan xalqı üçün təhqirdir.
Məlumat üçün bildirək ki, Yevgeni Primakov 1929-cu il oktyabr ayının 29-da Kiyevdə anadan olub. Primakovun atası barədə geniş məlumat yoxdur. Bu barədə onun özü də heç vaxt danışmayıb. Məlum olan yeganə məqam odur ki, atası Yevgeni Primakov  doğulandan çox qısa müddət sonra həbs edilib və güllənənib. Anası Kirshenblat Anna (1896-1972) mama-ginekoloq olub və ərinin güllələnməsindən sonra ailəsinin yaşadığı Tbilisiyə köçüb. Anasının anası, yəni  Yevgeninin nənəsinin milliyətçə yəhudi oluğu bildilir. Yevgeni uşaqlıq və yeniyetməlik illərini Tblisidə keçirib. Marneulidə bir müddət oxuduqdan sonra o, 1944-cü ildə Bakıda hərbi-dənizçilik məhkəbinə daxil olub. 1948-ci ildə o yenidən Tblisiyə qayıdır.  Daha sonra Moskvaya gedən Yevgeni 1956-cı ildə Moskva Şərqşünaslıq İnstitutunun ərəb şöbəsini bitirir.
Yevgeni  ərəb və ingilis dili ilə yanaşı gürcü dilində də mükəmməl danışıb. 1951-ci ildə Primakov Gürcüstan Politexnik İnstitutunun tələbəsi Laura Khadze ilə ailə həyatı qurub. Lauranı  NKVD-nin ümumi şöbəsinin rəisi işləyən general Qvişvili qızı olub.
İlk əmək fəaliyyətinə o jurnalist kimi başlayır. 1953-1962-ci illərdə SSRİ Radio və Televiziyasının xarici ölkələrdə yayım müdirliyində redaktor işləyib.
1962-1965-ci illərdə beynəlxalq məsələrə dair “Pravda” qəzetində yazdığı məqalələrlə tanınıb, 1965-1970-ci illərdə  Yaxın Şərqdə “Pravda”nın müxbiri olub.
1970-1977- ci illərdə SSRİ-nin Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini, Şərqşünaslıq İnstitutunun direktoru işləyib. 1985-1989-cu illərdə isə SSRİ-nin Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru vəzifəsində çalışıb.
1989-1991-ci illərdə Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olub. 1989-1990-cı illərdə SSRİ Ali Sovetinin sədri işləyib.
Qeyd edək ki, Y.Primakov 1990-cı il “20 Yanvar” faciəsinə görə bilavasitə məsuliyyət daşıyan şəxslərdən biri olub. 1990-cı ilin 20 yanvar tarixində Bakıya sovet qoşunlarının çağırılmasının əsas təşəbbüskarlarından olan Primakov Azərbaycandakı siyasi böhran zamanı sovet hakimiyyətinin işini tənzmləmək üçün Qorbaçov tərəfindən Bakıya göndərilib. Azərbaycanın kommunist rəhbərliyinə sovet ordusunun şəhərə girməyəcəyini rəsmi şəkildə bəyan etsə də, sonradan onun yalan danışdığı üzə çıxıb. Mixail Qorbaçova yazdığı hesabatda o “Bakıya təcili ordu hissələrinin yeridilməsinin vacibliyi”ni yazıb. 20 yanvarla bağlı qaldırılmış cinayət işində Primakovun adı əsas günahkarlar sırasında qeyd olunurdu.
1990-cı ildə Prezident Şurasının üzvü kimi xarici siyasət məsələlərini kurasiya edib. 1991-ci ildə SSRİ DTK-nın birinci müavini,sonra isə Mərkəzi Kəşfiyyat Xidmətinin direktoru olub. 1991-ci ildən1996-cı ilədək Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktor olub.
Primakov kəşfiyyatçı fəaliyyətini başa vurduqdan sonra 1996-cı ilin yanvarında Rusiya Federasiyasının Xarici işlər naziri təyin edilir və 1998-ci ilin sentyabr ayınadək bu vəzifədə çalışır.
1998-ci ilin 23 avqustunda Rusiya prezidenti Boris Yeltsin Sergey Kiriyenkonun başçılıq etdiyi Nazirlər Kabinetini istefaya göndərdi. Prezidentin təklifi ilə Rusiya tarixində ilk dəfə baş nazir Dövlət Dumasından etimad aldı. Bu isə Yevgeni Primakova qismət oldu. 1998-ci ilin sentyabrında rəsmən baş nazir kürsüsünə oturan Primakov bu vəzifədə 1999-cu ilin mayınadək işləyib.
1999-cu ildə Primakov 2000-ci ildə keçiriləcək Rusiya prezidenti postu uğrunda seçkilərə qatılacağını deyir. Amma 2000-ci ilin fevralında o seçkilərdə iştirak etməkdən imtina edib.
2001-ci ilin sentyabrında o, Dövlət Dumasında rəhbərlik etdiyi fraksiyasının sədri posundan istefa verib. 2001-ci il Rusiya Federasiyası Ticarət və Sənaye Palatasına rəhbərlyə başlayıb və uzun müddət bu quruma rəhbərlik edib.
İqtisadiyyat doktoru, professordur. 1991-ci ildən Rusiya Elmlər Akademiyasının akademiki seçilib. Xidmətlərinə görə Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu, “Şərəf nişanı ” ordenlərilə təltif edilib. Şərqşünaslqla bağlı bir neçə kitabın müəllifidir.
Primakovun oğlu Aleksandr çox cavan – 1981-ci ildə qəfil ürək tutmasından vəfat edib. Aleksandrın oğlu hazırda “Rossiya-24” kanalında çalışır. Nana adlı qızından da Primakovun iki nəvəsi var.
Yevgeni Primakov 26 iyun 2015-ci ildə, 85 yaşında Moskvada vəfat edib.  /yeniavaz.com/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.