Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında hərbi və xüsusi rütbəli şəxslərin vəzifə və rütbə maaşlarındakı artımlarla əlaqədar bu kateqoriyadan olan pensiyaçıların pensiyalarında artımlar edilib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən
Axar.az-a verilən məlumata görə, həmin pensiyaların sentyabr və oktyabr aylarının artımları ilə birgə ödənişi artıq başa çatıb. Pensiya vəsaitləri onların bank hesablarına köçürülüb.
Beləliklə də, qeyd edilən şəxslərdən ibarət xeyli sayda şəxsin pensiyasının artırılması ilə bağlı hesablama və artımların tətbiqi böyük iş yükü yaratmasına baxmayaraq, bu işlər qısa müddətdə yerinə yetirilib. Nəticədə onların pensiyalarının hər hansı gecikməyə yol verilmədən, əvvəlki aylarda olduğu kimi, ayın sonunadək ödənişi təmin olunub.
Müəyyən edilmiş qrafik üzrə həmin pensiya ödənişləri ötən dövrdə hər ayın 26-dan ayın sonunadək aparılıb.