Baku Medical Plaza klinasının Babək filalının həkimi Sirus Qoçqaninin ictimai vəkil Samir Zeynaloca qarşı "işgüzar nüfuzun, şərəf və ləyaqətin ləkələnməsi” iddiasına dair mülki iş üzrə Xətai rayon məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə məhkəmə başlayıb. Criminal.az xəbər verir ki, Sirus Qoçqani ən son olaraq 27.05.2019-cu il tarixdə liposaksiya əməliyyatının gedişatı nəticəsində vəfat edən ginekoloq Sona Gürgün Vəliyevanın ölümü ilə gündəmdədir.
Baş vermiş bədbəxt hadisəsi ilə bağlı Samir Zeynalov Sona Gürgün Vəliyevanın həyat yoldaşı Cem Gürgünün etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, iş üzrə məsul şəxsdir.
Sirus Qoçqani ictimai vəkili onun işzgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələməkdə, bu baxımdan mənəvi zərər düçar olmasında ittiham edir. Sirus Qoçqani buna görə ona 50.000 manat təzminat tələb edir.
Sima Yagubova
Prosesdə iştirak edən iddiaçı Sirus Qoçqaninin vəkili Sima Yagubova öz izahatında Qurani-Kərimə istinad edib. Bundan başqa Sirus Qoçqanini vəzifəli şəxs adlandıraraq onun əməllinin Cinayət Məcəlləsinin 314-cü maddəsi ( vəzifəli şəxsin səhlənkarlığı) ilə tövsif olunmasından danışdı.
Samir Zeynalov
İş üzrə cavabdeh Samir Zeynalov iddiaçının işgüzar nüfuzuna xələl gətimədiyini, onun şərəf və ləyaqətini alçatmadığını, nəticə etibarı ilə məlumat, fikir və söz azadlığımdan, eləcə də tənqid etmək hüququmdan istifadə edərək Sirus Qoçqani haqqında təşəbbüsü ilə paylaşılan məlumatların mülki hüquq pozuntusu yaratmadığını, hər bir məlumatın, hər bir sözün mənbəyi olduğunu məhkəmədə bildirib. Daha sonra əlavə edib ki, Sirus Qoçqaninin özünə və onun çalışdığı klinikanın rəhbərliyinə şifahi və yazılı sorğu ilə müraciət edib, lakin bu günə qədər verilən sorğular icra edilməyib.
Növbəti məhkəmə baxışı prosesi noyabrın 12-nə təyin edilib.