Azərbaycan təhsili son dövrlər müxtəlif uğurlara nail olduğu bir vaxtda, nədənsə Sumqayıt təhsili heç cürə uğur qazana bilmir. Sumqayıt Icra Hakimiyyətinin başçısı Zakir Fərəcov özü şəxsən Sumqayıt məktəbləri ilə maraqlansa da rüşvətin, korrupsiyanın, özbaşınalıqların heç cürə qarşısını ala bilmir ki, bilmir. Bununla bağlı AzToday.az-a daxil olan məlumatda bildirilir ki, uzun müddət ölkə təhsilində xüsusi mövqe tutan şəhər təhsilinin bu günkü bərbad vəziyyətinin əsas səbəbi kadr məsələsi ilə bağlıdır.
Xanım direktorların bərbad idarəçiliyi
Belə ki, Sumqayıt məktəb direktorlarının əksəriyyətini xanımlar təşkil edir. Amma burda əsas səbəb bu deyil. Çünki zamanında Sumqayıtda Minarə Tahirova, Ofelya Babayeva kimi xanım direktorlar fəaliyyət göstərib ki, onların işi bütün respublika üçün nümunə göstərilib. İndi isə elə xanımlar məktəb rəhbərliyinə gətirilib ki, idarəçilikdən, təşkilatçılıqdan heç bir anlayışı yoxdur. Digər bir ciddi səbəb isə şəhər təhsil idarəsinin rəhbərliyi ilə bağlıdır. Bildirək ki, son 5 ildə Sumqayıt Təhsil Şöbəsində 4-5 müdir təyinatı verilib. Buna səbəb nədir deyə sual yaranır. Cavab isə çox sadədir!
Qanunsuzluq pik həddə çatdıqda direktorlara cəza vermək ixtiyarı olmayan amma vəzifəsinin səlahiyyətində buna izni olan təhsil şöbəsi müdirləri himayə edilən məktəb direktorlarının əvəzinə vəzifədən çıxarılır. Məhz buna görə bir müddətdir medianın gündəmindən düşməyən Sumqayıt təhsil ocaqları artıq son nəfəsini verməkdədir.
Gənc müdirənin bacarıqsızlığı
Sumqayıt şəhər məktəblərində qanunsuzluqların pik həddə çatmasının yeni təyin edilən Təhsil Şöbə müdirəsi Arzu Alızadə qarşısını almaqda acizdir. AzToday.az məlumat üçün bildirir ki, 2016-cı ilin noyabrından 2018-ci ilin aprel ayına qədər Sumqayıt Təhsil şöbəsinə Nizami Namazov rəhbərlik edib. O, ötən ilin aprel ayında işdən azad olunduqdan sonra uzun müddət bu posta təyinat olmadı. Bu il yanvar ayında isə şəhər təhsilinin başına Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışan Arzu Alızadə gətirildi. Onu da bildirək ki, A.Alızadənin bundan əvvəl 25 saylı məktəbə direktor təyinatı da şəhərin təhsil ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamışdı. Belə gənc bir təhsil işçisinin Sumqayıt kimi böyük bir şəhərin təhsilinə tam rəhbərlik edə bilməyəcəyi öncədən bəlli idi. Şəhərin təhsil ictimaiyyətindən də daxil olan məlumatlara görə, şəhər təhsil şöbəsinin bəzi əməkdaşlarının himayəsinə çevrilən məktəblər var ki, orada baş verən qanunsuzluqlar məhz onlar tərəfindən gizlədilməsi təmin edilir və A.Alızadə belə qanunsuz əməl sahiblərinə qarşı heç bir addım atmamaqla yanaşı hətta onların müdafiəsinə belə etməkdən çəkinmədi.
Pozulan hüquqlar
Qeyd etmək gərəkdir ki, Sumqayıt Təhsil şöbəsinin bəzi əməkdaşları müvəqqəti olaraq məktəblərə təhkim edilmiş və boş qalmış direktor kürsülərinin idarəçiliyin həyata keçirməkdədirlər. Hətta qanun belə 3 aydan artıq əvəzetməyə imkan vermədiyi halda bu şəxslər illərdir direktor postlarında əyləşməklə yanaşı həmçinin şəhər təhsil şöbəsinin əməkdaşı kimi də fəaliyyətlərin sürdürməkdədirlər. Arzu xanım bunlara göz yumması təbii qəbul edilən məsələlər deyil. Əmək məcələsində
1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.
3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
Azərbaycan Respublikasının Əmək Məcələsi haqqında qanun kobud şəkildə pozulmaqdadır.
Xanım müdirə təhsil şöbəsini necə aldadıb?
Arzu Alızadə təhsil şöbəsinin müdiri olduqdan sonra Sumqayıt təhsilində bu vaxta qədər müşahidə olunmayan, təəssüfdoğurucu hallara rast gəlinir. Məsələn şəhər təhsil işçiləri bildirir ki, xanım müdirənin öz zövqünü diqtə edərək təhsil tədbirlərində bayağı toy mahnılarını səsləndirməsi hər kəsdə məyusluq yaradır. Arzu xanımın direktor olduğu dönəmdən münasibətdə olduğu 24, 11 və 12 saylı məktəblərin, təfəkkür litseyinin direktorlarından ibarət komanda yaratması və şəhər təhsili ilə bağlı mühüm qərarların bu çetenin qiybətindən sonra verilməsi ciddi narazılıqlara səbəb olur. Məhz bu rəfiqələrin qərarı əsasında xoşagəlməyən məktəblər süni yoxlamalarla cəzalandırılır.
Mənbənin verdiyi məlumata görə Sumqayıt təhsilində baş verən ən böyük qanunsuzluq vakant müəllim yerləri ilə bağlıdır. Belə ki, Arzu Alızadə 200-ə yaxın vakant müəllim yerini təhsil nazirliyindən gizlədərək bu yerləri açıq satışa çıxarıb.
Növbəti yazımızda təhsil şöbəsinin Türkiyə səfərinin təfərrüatlarına, onun ad gününə verilən bahalı hədiyyənin müəllifi olan xanım direktorun kimliyi barədə, Təhsil şöbəsinin müdir müavini Ramin Abbasovun hegemonluğunun sirrinə və Ramin Abbasovun regional bağla güvəndiyi icra hakimiyyətindəki adamla bağlı geniş məlumat verməyə çalışacağıq…
Telman Abbasbəyli
AzToday.az