Gülalıyevi vuran sürücünü hansı cəza gözləyir?

4-11-2019, 15:02   



   
Hüquq müdafiəçisi Oqtay Gülalıyevi vuran sürücü iki il müddətinə azadlığın məhdudlaşdırılması və ya iki il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Bu sözləri Axar.az-a hüquqşünas Səməd Vəkilov Oqtay Gülaləyevi vuran sürücü Kənan Abdullayevin cəzası ilə bağlı danışarkən deyib.
S.Vəkilov bildirib ki, K.Abdullayev barəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə açılan cinayət işi üzrə istintaq aparılır:
“Cinayət Məcəlləsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda, hadisəni törətmiş şəxs iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə edilir.
Yaxud şəxs iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Xatırladaq ki, 29 oktyabr tarixində axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi piyada keçidindən yolu keçərkən avtomobil vurub. Gülalıyev ağır xəsarət alıb. O, əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilsə də, sonradan özəl klinikaya aparılıb.
Qəzanı 90 PZ 543 dövlət nömrə nişanlı, “Hunday" markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi xəstəxanaya çatdırıb.
O.Gülalıyevin vəziyyəti ağır sabit, keçirdiyi əməliyyata uyğundur. Müalicəsi reanimasiya şöbəsində davam edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.