Sənin həddin deyil, Araz Əlizadə!

5-11-2019, 13:14   

05.11.2019 - 12:45

Belə bir el məsəli var: “Ağıllı bildiyinin hamısını danışmağa çalışmır, ağılsız isə bilmədiklərini də danışır”.
Bu günlərdə Araz müəllim yenidən “gündəmə” gəlib . Bu səfər də onun gündəmi bizim milli soy kimliyimizlə bağlı olub. Bu Araz müəllimin Türk irqiylə nə problemi var anlamış deyiləm. Ancaq şəxsən məni və inanıram ki, Azərbaycan xalqını da Araz müəllimin milli kimliyi az maraqlandırır. Biz ölkəmizdə talışları , ləzgiləri, udinləri, avarları , yəhudiləri və bir çox xalqları qucaqlamış və bu millətlərlə mehriban yaşayan xalqıq. Kimsənin soyunu, kimliyini qurdalamamış, dərinliyinə gedib araşdırmamışıq. Milli mənsubiyyətindən asılı olmayaraq hər bir millətin öz adəti, ənənəsi və milli kimliyi var. Birisinin milli kimliyi ilə məşğul olmaq yumşaq dillə desək o topluma hörmətsizlikdir. Ancaq Araz müəllim elə bir il olmur ki, bizim milli kimliyimizə “ilişməsin”. Adama deyərlər. Biz ki səni zorla “Türk” etmək istəmirik ya da zorla soyunu dəyiş və “Türk” milli kimliyini qəbul et demirik ki.
Bir də axı deyəsən Araz müəllim çox boş bekardı. Adamın millət vəkili seçildiyi Xətai dairəsində şikayətlər, problemlər kifayət qədərdi. Bu işləri buraxıb qardaş Türkiyəyə dil uzatmaq onun həddinə deyil . O bu ölkənin böyük çoxluğunu təşkil edən insanların milli hissiyyatına toxunmaq əvəzinə , tarixi bilmədən saxtalaşdırmaq əvəzinə millət vəkili statusunun məsuliyyətini dərk edərək problemləri olan seçicilərin qayğıları ilə məşğul olsun.
Mən tarixi faktları sadalaya bilərəm. Həm də bunu bütün dünya bilir ki, Türk milləti dünya tarixinə öz möhürünü vurmuş bir irqdir.
Bundan sonra 70 yaşını haqlamış bir insana tarixi dərsi keçmək fikrim yoxdu. Araz müəllim özü də bu millətin tarixini çox gözəl bilir. Sadəcə Araz müəllim kimo adamlarda türkün tarixinə qarşı bir nifrət və narahatçılıq var. Bu adamlar da gözəl anlayırlar ki, min illərdir bu bölgəni idarə edən, bu bölgələrdə hakim olan xalqın yenidən oyanış və güclənmə prosesi başlayıb. İki qardaş ölkə olan Türkiyə və Azərbaycan güclənir. Türk Dövlətləri Birliyi yaradılır. Vahid Türk dili qurumu yaradılır. Bu prosesə əvvəllər müşahidəçi qismində qatılan Özbəkistan da öz töhfələrini verməyə başlayıblar. Zamanla bir millət iki dövlət termini çıxır, bur millət 7 dövlət termini formalaşmağa başlayır. Bu millət güclənib, təşkilatlandıqca Türk millətinə nifrət bəsləyənlər narahat olmağa başlayırlar. Narahatçılıqları da təbiidir. Gün gələcək ki, bu böyük millət yenə öz sözünü deyəcək. Və o gün uzaqda deyil.
Rəşad Quliyev

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.