"İraq Şam İslam Dövləti" təşkilatı lideri Əbubəkr əl Bağdadi dünən Mosulda cümə namazı qıldıqdan sonra xütbə oxuyub.
Axar.az xəbər verir ki, özünü xəlifə elan etdikdən sonra ilk dəfə ortaya çıxan Bağdadi internetdə yayımlanan və təxminən 21 dəqiqə davam edən videoda müsəlmanlardan özünə beyət etmələrini istəyib.
Namaz qıldıqdan sonra xütbəyə çıxan Bağdadi müsəlmanlardan bir imam seçmələrinin vəzifələri olduğunu söyləyib və "Bu ağır məsuliyyəti mənə tapşırdılar. Sizin ən yaxşınız deyiləm. Buna görə doğru işlərimdə mənə kömək edin, yanlışımızı gördüyünüzdə tövsiyələrinizlə məni doğru yola istiqamətləndirin", - deyib.
[media=http://www.youtube.com/watch?v=bw9kPdZebZ4]