AKP-dən prezidentliyə namizədliyi irəli sürülən, baş nazir Rəcəb Tayyib Ərdoğan, Türkiyənin Samsun şəhərində təşkil etdiyi mitinq sonrası samsunlularla iftar süfrəsində iştirak edib.
ANS PRESS-in məlumatına görə, baş nazir və prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan, Mustafa Kamal Atatürkün 19 May 1919 tarixində Qurtuluş mübarizəsinin başlatmaq üçün Samsuna ayaq basdığı Tütün lövbərində təxminən 30 min nəfər adamla iftarını açıb.
Samsun Respublika Meydanındaki mitinqdən sonra Samsun valisi Hüseyn Aksoyu ziyarət edən baş nazir Ərdoğan, daha sonra iftara qədər istirahət edib. Top partladılandan təxminən 3-4 dəqiqədən sonra Qurtuluş Yoluna gələn Baş nazir Ərdoğanı vətəndaşlar ayaqda alqışlayıb.
İftar yeməyini yedikdən sonra Samsunlulara xitab edən baş nazir Ərdoğan, "Prezident seçkisi əvvəli sizlərlə bir yerdə olduq. İndi iftar süfrəsində sizlərlə birlikdəyik. Fərqli bir səfərin içərisindeyik. Bu səfər ilk dəfə millətin, ölkənin öz başçısını seçəcəyi bir seçki yoludur. Bu seçki səfərində inanıram ki, Samsun o qurtuluş mübarizəsində necə bir ilk addım oldusa, bunda da yenə bir ilk addım olacaq və fərqliliyini ortaya qoyacaq. Siz 30 martda onsuz da fərqliliyinizi ortaya qoydunuz. İnşallah bu yalnız 30 martın davamı deyil, 2015-ci il üçün bir işarə olacaq" deyən siyasətçi bir daha yüksək çıxış qabiliyyətin göstərib.
"42 il xalqa ağalıq üçün deyil, xidmət üçün çalışdıqlarını söyləyən baş nazir Ərdoğan, "Bizi zəif salmaq istəyənlərə qarşı, siyasətlə xarici manevrlər edənlərə qarşı biz bir olacağıq, böyük olacağıq, canlı olacağıq, özü olacağıq, qardaş olacağıq, bütöv Türkiyə olacağıq. Həmd olsun təhsildə, iqtisadiyyatda, sağlamlıqda, nəqliyyatda, ədalətdə, təhlükəsizlikdə haradan haralara gəldiyimiz ortadadır. Unutmayın, bu ölkədə imam natiq məktəblərində belə, qızlarımızın başı bağlı məktəblərə gedə bilmədiyi yerlər var. Universitetlər elə idi. İndi belə bir şey qaldımı? 4+4+4 ilə bir dəyişmə reallaşdırdıq. Artıq hicablı da, başı açıq da bütün təhsil haqqlarından istifadə edir. Bu ölkədə bu azadlıqların önündəki maneə qalxdı mı? Qalxdı. Burada iqtidarımızın məharəti sizlərin dəstəyi ilə oldu. Sizlər bizə səlahiyyət verdiniz, bizdə bu səlahiyyəti səbrlə və mətanətlə yerinə yetirdik. Bu ayrı-seçkiliyi edənlər kimdi görəsən? Bunları sizlər çox yaxşı bilirsiniz. Bu ayrı-seçkiliyi edənlər utanmadan sıxılmadan bizə ayrı-seçkilik şəri atırlar. Bunu onsuz da xüsusilə millətim, vətəndaşlarımızın, qardaşlarımın inanmadığı üçün bu oyunlar millətimə təsir etmədiyi üçün 30 martda da siz onlara ən gözəl cavabı verdiniz. Paralel quruluşuyla, Pensilvanyasıyla “CHP”si, “MHP”si hamısı bir araya gəldilər. Biz xalqa ağalıq üçün çalışmadıq, xidmət üçün çalışdıq. Həmd olsun xalqa xidmət bizim gücümüz oldu. Çünki biz bilirdik ki, xalqa xidmət haqqa xidmətdir. Bunun da bərəkətini gördük. Çox böhtanlar atdılar. Bundan sonra da atacaqlar. Çünki meyvəsi yeyilən ağac daşlanar. Bunlar çox təhqirlər edəcəklər, lakin bunu bilmələrini istəyirəm ki, biz o təhqirlərə o dillə cavab verməyəcəyik. Onlara o dildən cavab verəcək olanlar çıxar" - deyə baş nazir bildirib.
Baş nazir çıxışından sonra iftara gələn daun sindromlu bir uşağı yanına çağırıb. Bir müddət onunla söhbət edən baş nazir Ərdoğan, "Mən səni sevirəm bilirsənmi? Sən nə qədər sevirsən? Bir göstər baxaq" deyib. Daun sindromlu uşaq da mikrofonu əlinə alaraq, "Hörmətli baş nazirimiz Rəcəb Tayyib Ərdoğan ilə yola davam" şüarını çatdırıb.