ABŞ hərbçilərinin nəzarətində olan Suriyadakı neft yataqlarından əldə edilən gəlir Vaşinqtona yox, kürdlərə çatır.
Turkustan.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin əməkdaşı Ret Hoffman deyib. Onun sözlərinə görə, bu neft yataqlarından gəlir əldə etmirlər.
Bundan başqa o da qeyd olunub ki, həmin neft yataqları üzərində nəzarət ABŞ-ın prioritet vəzifələrinə daxil deyil: “ABŞ İŞİD terror təşkilatı üzərində tam qələbəyə çalışır. Neft yataqlarının qorunması da bu missiyanın tərkib hissəsidir.
Xatırladaq ki, Rusiya ABŞ-ı həmin neft yataqlarından qaçaqmalçılıq yolu ilə gəlir əldə etməkdə ittiham edib.
ABŞ tərəfi isə daha əvvəl həmin vəsaitin yerli icmanın inkişafına xərcləndiyini vurğulamışdı. /Cebhe.info/