6 ballıq zəlzələ Azərbaycanda nəyi dağıtdı? - Rayonlardan OPERATİV MƏLUMAT

8-11-2019, 13:01   


6 ballıq zəlzələ Azərbaycanda nəyi dağıtdı? - Rayonlardan OPERATİV MƏLUMAT

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi respublikamızda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 02:47-də İran ərazisində qeydə alınıb. Yeraltı təkanlar 6 maqnitudada, zəlzələ ocağı 2 kilometr dərinlikdə olub.

Bildirək ki, zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Ordubad, Culfada hiss edilib.

Astara Rayon İcra Hakimiyyətindən Cebhe.info-ya bildirilib ki, heç bir dağıntı baş verməyib:

“Heç bir tələfat yoxdur, güclü heç bir şey hiss olunmayıb. Zəlzələ baş verib, amma qəza hadisəsi qeydə alınmayıb”. 

Ordubad Rayon İcra Hakimiyyətindən də zəlzələnin itkiyə səbəb olmadığı deyilib:

“Bununla bağlı məlumat verməyim doğru olmaz. Sadəcə, deyə bilərəm ki, hər hansı ciddi hadisə, dağıntı olmayıb”.

Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi isə zəlzələ ilə bağlı onlara heç bir şikayətin daxil olmadığı qeyd edib:

“Bununla bağlı bizə məlumat daxil olmayıb. Heç bir vətəndaş ərizə ilə müraciət etməyib, şikayət də yoxdur. Dağıntı olsaydı, müraciət edərdilər”. 

Lənkəran Rayon İcra Hakimiyyətindən verilən məlumatda da eyni fikirlər səsləndirilib:

“Zəlzələ İran ərazisində baş verib. Bizdə hiss olunsa da, qəza halı qeydə alınmayıb”.

Səyad Həsənli
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.