Türkiyənin şimalında yerləşən Kastamon şəhərinin Tosya kəndində Ramazan qalmaqalı yaşanıb. ANS PRESS-in məlumatına görə, mərkəzi sistemlə azan oxunan mahalda, saat 20:28-də oxunması lazım olan axşam azanı, imamın səhvi ucbatından 20.18-də oxunub və arxasından Ramazan topu atılıb.
Bunun ardınca bir çox vətəndaş vəziyyətin fərqinə varmadan orucunu açıb. Ancaq 10 dəqiqə sonra təkrar azan oxunması və topun atılmasıyla vətəndaşlar arasında qarışıqlıq yaşayıb.
Tosya müftisi Mehmet Korkmazın bildirdiyinə görə, azanın 10 dəqiqə tez oxunmasının səbəbi, buna boyun olan şəxsin saatı səhv salması ilə əlaqədar olub.
Qeyd edək ki, bilmədən edilən səhv orucu batil etməsə də, vacib ayini yerinə yetirərkən diqqətli olmaq tövsiyyə edilir.