TARİXİN GERİDÖNÜŞÜ:30-cu illərin siyasəti Şərqi Avropada hələ də özünü göstərməkdədir

12-11-2019, 09:50   

Cekson Dil

“Washington Post”, 11.11.2019

 

Berlin Divarı yıxıldığı gecə Qərbi Berlinin geniş Kurfürstendamm küçəsinə axışan şərqi almaniyalıların izdihamnı seyr edərkən, tarixin sona çatması ağlıma gəlmədi. Əksinə, Şərqi Avropanın keçmişdə əsarət yaşayan xalqlarında tarixin geridönüş etdiyini düşünürdüm.

Sovetlərin yaratdığı kommunizm II Dünya müharibəsindən əvvəl Polşa, Macarıstan, Çexoslovakiya və digər Şərq Bloku dövlətlərində baş verən hadisələrə səbəb olan siyasət idi. Divar yıxıldıqda, bu cərəyanlar qəfildən yenidən göründü, sanki uzun bir yuxudan oyandı. Polşanın “Həmrəylik” hərəkatı müharibədən əvvəlki partiyalara bənzər liberal və millətçi fraksiyalara parçalanırdı. Yuqoslaviyada serblər və xorvatlar arasında etnik düşmənçilik yenidən canlanırdı. Macarıstan Rumıniya ilə müharibədən əvvəlki millətçi düşmənçiliyini yenidən kəşf etdi.

30 il sonra, keçmiş Şərq Blokunda 1930-cu illərin siyasəti hələ də davam edir. Polşa mürtəce Katolik Kilsəsi ilə sıx birləşən avtoritar düşüncəli sağçı hökumət tərəfindən idarə olunur. Dağıdıcı etnik müharibədən sonra Yuqoslaviyanın dağılmış qalıqlarında sürüşkən sülh hökm sürür. İkinci Dünya müharibəsindən əvvəl sağçı avtoritar hökumət tərəfindən idarə olunan Macarıstanda Mikloş Hortini yamsılayan “qeyri-liberal” Viktor Orban iqtidarı var.

Bu siyasi hərəkatlar bəzən Qərbi Avropanın müasir populistləri ilə bir sırada dursa da, əsas mənada, 20-ci əsrdəki sələflərinə bənzəyirlər. Onlar avtoritar və sosial irticaçılardırlar – LGBTQ əleyhinə ritorika Polşanın hakim partiyasının ən sevimli mövzusudur. İrredentizm və antisemitizm kimi müharibələr öncəki siyasətdə keçmiş dəmir pərdənin o biri tərəfində olmayan dərəcədə canlıdır. İnanmırsınızsa, Orbanın son milli seçkidə başlıca rəqib adlandırdığı mühacir Macarıstan yəhudi maliyyəçisi Corc Sorosdan soruşun.

Məni təəccübləndirən şey, kommunist dövrünün siyasətinin nə dərəcədə yaşarı olmasıdır. 1989-cu ildəki fərziyyəm sovet totalitarizminin Moskvaya nisbətən Berlinə yaxın olan ölkələrdə  implantat olması idi. Kommunist hakimiyyətinin bəzi mirasları davamlı ola bildi, ola bilsin ki, hamısı yenidən canlanan qeyri-insani hərəkətlərə çox uyğun gəlir.

Onlardan biri – dövlət televiziyasının siyasi təbliğat üçün istifadəsidir. Demokratiyanın bərqərar olmasından sonra Polşa hökumətə milli şəbəkəni BBC-yə bənzər müstəqil etmək üçün hərəkətə keçdi. Sağçı Qanun və Ədalət Partiyası 2015-ci ildə hakimiyyətə gələndə, bu, qəfil sona çatıb. İndi dövlət televiziyası hakim partiyanı tərifləyir və müxaliflərini kommunist dövrlərini xatırladan tərzdə qamçılayır. Macarıstanda Orban dövlət qaynaqlarından və xeyirxah iş adamlarından istifadə edərək, müstəqil medianı ləğv etmək üçün bir addım irəli gedib.

İkinci miras – geniş yayılmış rəsmi korrupsiyadır. Şərq Bloku kommunizminin əxlaqi nihilistik dünyasında yol polislərindən tutmuş Kommunist Partiyası katiblərinə qədər hamı bu sistemi şəxsi mənfəət üçün istifadə etməkdə azad idi. Təəssüf ki, bu gerçək dəyişməyib. Yalnız bir neçə ay əvvəl Liviu Draqnea, Rumıniyanın 2010-cu illərdəki ən güclü siyasətçisi səlahiyyətlərindən sui-istifadə etdiyinə görə, nəhayət, həbs edilib. “New York Times” qəzetinin bu yaxınlarda sənədlə isbatladığı kimi, Avropa İttifaqının subsidiyaları Orbanın qohumlarını və köhnə dostlarını zənginləşdirib.

1989-cu ildə Çexoslovakiyanın, 1918-ci ildən 1935-ci ilədək prezident olmuş Tomas Masarikin rəhbərlik etdiyi demokratik plüralizm modelinə qayıdacağını proqnozlaşdırmışdım. Ancaq bu gün Çexiya prezidenti Miloş Zeman Rusiya maraqlarının alətidir; Baş nazir Andrej Babis isə fırıldaqçılıq iddiası ilə son vaxtlara qədər istintaq altında idi. Slovakiyanın baş naziri Robert Fiko korrupsiyanı araşdıran bir jurnalistin vəhşicəsinə öldürülməsindən sonra keçən il istefa verməyə məcbur olub.

Ən məkrli kommunist irsi antitarixçilik ola bilər. Müharibədən sonra Qərbi Almaniyanı dezinfeksiya edərkən, şərqi almanlar, macarlar və polyaklara dedilər ki, kapitalizmin cinayətləri kimi göstərilən faşizm və ya Holokost üçün heç bir məsuliyyət daşımırlar. Bugünkü hökumətlər buna əməl edir: Polşanın Holokosta görə cinayət məsuliyyətinə cəlb etmə haqqında qanun qəbul etməsi buna parlaq nümunədir.

Keçmiş Şərqi Almaniyada faşistlərə meylli Almaniyaya üçün Alternativ (AfD) kimi hərəkatların cazibədarlığı təəccüblüdür. Keçən ay şərqdəki Türingiya əyalətində keçirilən seçkidə, AfD səslərin 23%-ini qazanaraq kansler Angela Merkelin xristian demokratlarını üstələyib. Yerli lider Byorn Hokk Berlindəki Holokost Memorialını qınayıb və Almaniyanı “anma mədəniyyətinə” son qoymağa çağırıb.

Əlbəttə, Şərqi Avropa 1989-cu illə müqayisədə daha yaxşıdır. Xalqı olduqca zəngindir və sürünən avtoritarizmə baxmayaraq, daha sərbəstdir. Ancaq Berlindəki o möhtəşəm həftəsonlarında gördüyüm və paylaşdığım eyforiya 30 il sonra bir az sadəlövh görünür. Biz sovet kommunizminin yaratdığı mədəniyyətin dayanıqlığını və tarixə qayıtmağın təhlükələrini düzgün qiymətləndirməmişik.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.