BOLİVİYA SİYASƏTİNDƏ QADIN-KİŞİ RƏQABƏTİ:dağlıq ölkə Moralesin davamçıları və müvəqqəti prezidentin tərəfdarlarına bölünüb

13-11-2019, 16:42   

“Əl-Cəzirə”, 13.11.2019

 

Boliviya Senatının rəhbəri Janin Anyes noyabrın 12-də, keçmiş prezident Evo Moralesin sol partiyasından olan qanunvericilər tərəfindən boykot edilməsinə və kvorumun yoxluğuna baxmayaraq, özünü Boliviyanın müvəqqəti prezidenti elan edib.

O, iclasda bildirib: “Prezidentin və vitse-prezidentin yoxluğunda, Konstitusiya əsasən, dövlət başçısı vəzifəsini icra edəcəyəm”.

Bu hərəkətin dağlıq ölkənin paytaxtı La Pasda və Moralesin dördüncü müddətə mübahisəli prezidentliyinə etiraz edən digər şəhərlərdə iğtişaşların qarşısını alıb-ala bilməyəcəyi bəlli deyil.

Noyabrın 12-də Koçabamba şəhərində vətəndaş müharibəsinə çağıran edən etirazçılara – maskalı Morales tərəfdarlarına qarşı mübarizə aparan polisin görüntüləri yayımlanıb.

Boliviyanın yerli xalqından ilk prezident seçilmiş və mübahisəli 20 oktyabr seçkisi ilə əlaqədar kütləvi etirazlardan sonra istefa vermiş Morales Meksikaya gəldikdən sonra öz siyasi mübarizəsini davam etdirəcəyini vəd edib.

O, Anyesin hərəkətini “tarixdəki ən hiyləgər və fəlakətli çevrilişin bir hissəsi” adlandırıb, partiyasından olan bir senator isə etirazları davam etdirməyə çağırıb.

Moralesin qalası sayılacaq Al-Altoda minlərlə adam keçmiş prezidentin yerli icmaya ləyaqət gətirən yeganə insan olduğunu bildirib və ayrıseçkilikdən qorxduqlarını söyləməklə, istefaya etiraz etmək üçün toplanıblar.

Onlar La Pasa yürüş etmək istəyirlər. Bunun cəzasız qalmayacağını, Moralesin geri dönməsini istədiklərini söyləyir, ancaq həm də müxalifətin prezidentliyə namizədi Mesanın və Vətəndaş Birliyinin lideri Kamaçonun “başını üzmək” də istəyirlər.

Hərbi döyüş təyyarələri La Pas üzərindən dəfələrlə uçuş edib və Morales sadiqlərini qəzəbləndirən güc nümayişi göstəriblər.

“Qorxmuruq!”- deyə nümayişçilər qışqırıblar.

Etirazçı 35 yaşlı Mariya Apasa deyib: “Evo mənim üçün ata kimi idi. Onun zamanında səsimiz, hüquqlarımız vardı”.

Yürüşlə bərabər, əleyhdarlar Moralesi avtoritar olmaqda və seçkinin nəticələrini saxtalaşdırılmasında günahlandırırlar.

Onun istefası açıq-aşkar hakimiyyət boşluğu yaratmışdı.

 

Meksikaya sürgün

Morales Meksika hökumətinin təyyarəsində Boliviyadan uçduqdan sonra xarici işlər naziri Marselo Ebrard tərəfindən qarşılanıb.

O, çevrilişlə istefa vermək məcburiyyətində qalması iddialarını təkrarlayıb.

“Meksika prezidenti həyatımı xilas etdi, – deyə Morales prezident Andres Manuel Lopes Obradora sığınacaq verdiyi üçün təşəkkür edib. – Mübarizəni davam etdirəcəyəm”.

Bəzi dövlətlər əvvəlcədən hava məkanlarını bağladığı üçün meksikalı diplomatlar təyyarə üçün uçuş yolunu yaratmaqda çətinlik çəkiblər. Təyyarə yanacaq doldurmaq üçün Paraqvayda eniş edib.

Hərbçilərin istefaya çağırdığı Morales oktyabr ayında keçirilən seçkidə saxtakarlıq iddialarından qaynaqlanan geniş səs-küylə zorən istefa verməsi fikrindədir.

Bazar günü istefa verdikdən və bütün digər varislərinin istefasından sonra hakimiyyət boşluğu yaranıb.

Anyes Senatın müvəqqəti nəzarəti altında müvəqqəti prezident olmağa qərar verib və prezidentliyə iddialıdır.

 

Mübahisəli seçki

Moralesin gedişi Boliviya dağlarında keçmiş lama çobanı və koka yetişdiriciləri birliyinin liderinin iflasıdır. O, prezident kimi Cənubi Amerikanın ən kasıb ölkəsində milyonlarla insanın yoxsulluğunun aradan qaldırılmasına, sosial hüquqlarının artmasına və təxminən 14 ildən çox sabitliyə və yüksək iqtisadi böyüməyə kömək edən dövlət başçısıtək yaddaşlara köçüb.

Lakin son nəticədə hakimiyyəti əlində salmağa israr etməsi süqutuna səbəb olub.

Morales yenidən prezident seçilmək üçün müddət məhdudiyyətlərini təsdiqləyən referendumun nəticələrini qəbul etməkdən imtina edib. Bundan sonra dördüncü dəfə bəxtini sınamaq istəyib. Məhkəmə referendumun nəticəsini ləğv edəndən sonra tənqidlər artıb.

Morales seçki prosesində pozuntular aşkar edən Amerika Dövlətləri Təşkilatı (OAS) tərəfindən yeni seçki çağırışlarını qəbul etmədikdən bir qədər sonra vəzifəsindən kənarlaşdırılıb.

Evo Moralesin istefasının ardınca qəzəbli tərəfdarlar noyabrın 11-də ölkənin əsas hava limanına aparan bəzi yolları bağlamaq üçün barrikadalar qurub, Konqres və Prezident Sarayına aparan paytaxtın əsas xiyabanları çevik polislər və hərbçilər tərəfindən bağlanıb.

La Pasda gərginlik artıb. Ölkə Moralesin davamçıları və müvəqqəti prezidentin tərəfdarlarına bölünüb.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.