Rusiya Baş Naziri kollecdəki qanlı hadisəni nəzarətə götürdü VIDEO

14-11-2019, 16:13   


Rusiya Baş Naziri kollecdəki qanlı hadisəni nəzarətə götürdü

Xəbər verdiyimiz kimi, Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində yerləşən İnşaat və Kommunal Kollecində silahlı insident baş verib. 19 yaşlı tələbə Daniil Zasorin tələbə yoldaşlarına atəş açıb.
Nəticədə bir nəfər ölüb, üç nəfər ağır xəsarət alıb. O, daha sonra hadisə yerinə gələn polisi yaraladıqdan sonra özünü öldürüb. "Qafqazinfo”nun "TASS” agentliyinə istinadən məlumatına görə, baş vermiş qanlı hadisədən sonra Baş Nazir Dmitri Medvedev Təhsil naziri Olqa Vasilyevaya kollecdəki vəziyyəti diqqətlə təhlil etməyi tapşırıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.